Allah Hizbi qalib olandır

İnkarçılar hər dövrdə çoxluq təşkil edib

Hər dövrdə yer üzündəki insanların çoxunu “…lakin insanların çoxu inanmır” (Rəd surəsi, 1) ayəsində bildirildiyi kimi inkarçılar təşkil etmişdir. İnkarçılar həmişə müsəlmanlara qarşı sayca üstün olmuşdur. Buna görə də bu ağılsız və bəsirətsiz insanlar özlərinin daima doğru yolda olduqlarını zənn edirlər. Maddi güclərinin və saylarının inananlardan çox olması onlara güvənlik hissi verir. Bu səbəbdən, hadisələri xarici görünüşünə görə dəyərləndirən cahiliyyə insanları özlərinin üstün olduğundan tam əmin şəkildə hərəkət edirlər. Lakin bilmədikləri böyük bir həqiqət vardır ki, o da Allahın möminlərə olan vədi və dəstəyidir:

… Allah heç vaxt kafirlərə möminlərin əleyhinə olan bir yol göstərməz! (Nisa surəsi, 141)

Allah yuxarıdakı ayədə diqqət çəkdiyi kimi hər şeyi möminlərin lehinə edir və onları müxtəlif yollarla dəstəkləyir. “İnşirah” surəsində müsəlmana hər çətinliklə bərabər, asanlığın da yaradıldığı sirri verilir. Xəstəliyi yaradan Allahın şəfanı da yaratdığı kimi, hər çətinlik də asanlıq ilə bərabər meydana gəlir. Bu həqiqət belə xəbər verilir:

Şübhəsiz ki, hər çətinlikdən sonra bir asanlıq gələr! Həqiqətən, hər çətinlikdən sonra bir asanlıq gələr! (İnşirah surəsi, 5-6)

Allahın dəstək və yardımını ancaq möminlər bilirlər. Onlar həyatı boyu nə ilə qarşılaşsalar da, Allahın daima yardımçı olduğunu bilir və buna görə də hüzurlu olurlar. Allah qullarına belə vəd etmişdir:

Allah sizin düşmənlərinizi daha yaxşı tanıyır. Himayəçi olaraq Allah kifayət edər! Yardımçı olaraq Allah yetər! (Nisa surəsi, 45)