Həyatı və ölümü Allah müəyyən bir məqsədlə yaratmış, insanlara doğrunu və yanlışı öyrədən haqq kitablar endirərək bu məqsədi onlara bildirmişdir.
O, əməl baxımından hansınızın daha yaxşı olacağını sınamaq üçün ölümü və həyatı yaratdı. O, üstün və güclü olandır, çox bağışlayandır. (Mülk surəsi, 2)
Bu məqsədin əsası insanın, hər şeydən əvvəl özünü yaradan Rəbbimizi lazımı qədər tanıyıb təqdir edə bilməsi, Onun əmrlərini və qoymuş olduğu qadağaları diqqətlə qoruması, dünya həyatının keçici və saxta bir bəzəkdən ibarət olduğunu dərk edə bilməsi, həyatını axirətə görə tənzimləməsidir.
Həyatını, axirəti əsas alaraq təşkil edən bir insan əslində dünyada da olduqca gözəl, rahat və hüzurlu həyatı davam etdirəcək. Çünki öz yaradılışına ən uyğun olan həyat tərzi Quranda bildirilmişdir və insan Quranda bildirilən Allahın əmrlərinə tam olaraq uymaqla, bir mənada dünyanı cənnət bənzəri bir məkan halına gətirmiş olacaq.
Kişi olsun, qadın olsun, bir mömin olaraq kim saleh bir əməldə olarsa, heç şübhəsiz ki, Biz onu gözəl bir həyatla yaşadarıq və onların qarşılığını, etdiklərinin ən gözəliylə mütləq verərik. (Nəhl surəsi, 97)
