Allah hər şeyi xeyirlə yaradır

Hər hadisədə xeyir vardır

Möminlərin təvəkküldə qətiyyətlilik göstərmələrinin sirlərindən biri Allahın hər işi xeyirlə yaratmasını bildirməsidir. Allah Quranda şər kimi görünən hadisələrdə belə xeyir olduğunu insanlara belə xəbər verir:

“…Ola bilsin ki, sizdə nifrət doğuran hər hansı bir şeydə Allah (sizdən ötrü) çoxlu xeyir nəzərdə tutmuş olsun.” (Nisa surəsi, 19)

“… Bəzən xoşlamadığınız bir şey sizin üçün xeyirli, bəzən də xoşladığınız bir şey sizin üçün zərərli ola bilər. Allah bilir, siz bilməzsiniz.” (Bəqərə surəsi, 216)

Möminlər bu sirri bildikləri üçün rastlaşdıqları hər şeyin xeyirli və yaxşı cəhətlərini axtararlar. Maneə, çətinlik və çatışmazlıq kimi görünən heç bir hadisə onları nə kədərləndirər, nə də ki həyəcanlandırar. Bu vəziyyətləri isə heç bir zaman dəyişməz, böyük-kiçik hər hadisəyə qarşı davamlı eyni olar. Səmimi bir müsəlmanın illər boyunca çalışaraq qazandığı bütün var-dövləti əlindən çıxsa belə, bunda xeyir və hikmət axtarar. Məsələn, Allahın onu həyatını xilas etməsini, onu pis şeylərdən, harama girməkdən, pula hərislik edib haqq yoldan uzaqlaşmaqdan qoruduğunu düşünər və şükür edər. Çünki insan dünya həyatında nə itirirsə-itirsin, bu itki axirətdəki ilə eyni olmaz. Axirətdəki itki insanın sonsuzluğa qədər dözülməz əzab içində qalması deməkdir. Axirəti düşünərək yaşayan insan üçün dünya həyatındakı hər hadisə axirət üçün xeyir və gözəllikdir. Belə bir insan başına bir hadisə gəldikdə acizliyini və möhtaclığını daha yaxşı anlayarar, Allaha dua və təfəkkürlə daha çox yaxınlaşar. Bu da insanın axirəti üçün çox əhəmiyyətlidir. Bundan başqa, belə bir hadisəyə təvəkküllü davranıb səbir göstərərək Allahın razılığını qazanmış olar. Allahın razılığı isə hər şeydən üstündür.

İnsan sadəcə böyük və önəmli işlərdən deyil, gündəlik həyatının hər anında gerçəkləşən hadisələrdə xeyir axtarmalıdır. Məsələn, diqqətlə hazırladığı yeməyi yandıran birisi üçün bu hadisə xəbərdarlıq məzmunundadır və gələcəkdə baş verəcək böyük bir qəzadan bu xəbərdarlıq sayəsində xilas olmuş olacaq. Bir gənc çox istədiyi və uğrunda çox çalışdığı universitetə qəbul olmaya bilər. Bunda da xeyir olduğunu bilməli, bəlkə də Allahın onu həmin universitetdəki bəzi təhlükələrdən, yaşayışına mənfi təsir göstərəcək şəxslərdən və ya mühitlərdən qorunduğunu düşünməli, bu nəticəyə sevinə bilməlidir. Allahın hər hadisədə onun bilmədiyi, hətta xəyalına belə gətirmədiyi, daha çox xeyir yaratmış ola biləcəyini düşünərək Allaha təslim olmağın sevincini yaşamalıdır.

Hər işin xeyirlə yaradıldığını bilən insanlar “kaş ki”, “heyf” kimi ifadələrdən də istifadə etməzlər. Xətaların, çatışmazlıqların, unutqanlıqların, tərs kimi görünən hadisələrin hamısında böyük xeyirlər vardır və hamısı insan üçün tərbiyələndirici xüsusiyyət daşıyır. Allah hər kəs üçün ayrı-ayrı yaratdığı qədərdə insanlara çox önəmli dərslər və xatırlatmalar göstərir. Bunları ağıl və hikmətlə dəyərləndirən insanlar üçün çatışmazlıqlar, unutqanlıqlar, tərsliklər deyil, Allah Qatında tərbiyə, xəbərdarlıq və hikmətlər vardır. Məsələn, mağazası yanan müsəlman həmin an vicdanı ilə nəfs sorğu-sualı aparar və bəlkə də Allahın onun dünya malına və hərisliyinə qarşı xəbərdarlıq etdiyini və yoxladığını düşünərək daha da əliaçıq və səmimi olar.