Allah hər insanın duasını qəbul edər

Sonsuz mərhəmət, şəfqət və güc sahibi olan Allah Quranda insanlara çox yaxın olduğunu, Ona dua

Sonsuz mərhəmət, şəfqət və güc sahibi olan Allah Quranda insanlara çox yaxın olduğunu, Ona dua edərək bir şey istədiklərində onların dualarını qəbul edəcəyini bildirir.

Allah ayəsində də bildirdiyi kimi hər insana çox yaxındır, hər insanın diləyini, içindən keçirdiklərini, düşündüklərini, bir dostuna söylədiklərini, pıçıldaşaraq danışdıqlarına, hətta şüuraltında olan düşüncələrinə qədər bilər. Buna görə Allah Ona yönəlib dua edən, Özündən istəyən hər kəsi eşidər və bilər. Bu, insanlar üçün çox böyük bir nemət və Allahın rəhmətinin, mərhəmətinin və sonsuz gücünün bir göstəricisidir.

Allah sonsuz bir güc və elmə malikdir. Allah bütün kainatda mövcud olan hər şeyin sahibidir. Ən güclü kimi görünən insanlardan ən böyük zənginliklərə, ən ehtişamlı göy cisimlərindən torpağın dərinliklərində yaşayan kiçik bir heyvana qədər canlı-cansız hər varlıq Allaha aiddir və Allahın iradə və idarəsi altındadır.

Bu həqiqətə iman edən bir insan, Allahdan hər şeyi istəyə bilər və Allahın duasını qəbul etməsini ümid edə bilər. Məsələn, amansız kimi görünən bir xəstəliyə tutulan bir insan, əlbəttə ki, bütün tibbi tədbirlərə müraciət edəcək, ancaq şəfanı verənin Allah olduğunu bilərək, Allaha sağlamlığı üçün dua edər. Və ya içində bir növ qorxu, ya da narahatlıq duyan bir insan Allahın ürəyinə fərahlıq verməsi və onu bütün qorxularından qurtarması üçün dua edə bilər. İşində qarşısına çətinliklər çıxan bir insan Allahın işlərini asanlaşdırması, çətinliklərini aradan qaldırması üçün Allaha yönələ bilər. İnsan bunun kimi saymaqla bitməyəcək qədər çox mövzuda Allahdan istəyə bilər. Allahın hidayətini artırması, onu cənnətdə salehlərlə birlikdə sonsuza qədər qonaq etməsi, cənnəti, cəhənnəmi, Allahın gücünü daha yaxşı qavrayıb anlamaq üçün qavrayışını artırması, zənginliyinin artması kimi…

I … Ancaq bu nöqtədə vacib olan və Quranda bildirilən bir sirr də vardır. Allah bir ayədə, “İnsan xeyirə dua etdiyi kimi, şərə də dua etməkdədir. İnsan çox tələsəndir”. (İsra surəsi, 11) şəklində bildirir. Məsələn, bir insan uşaqlarının gələcəyi üçün Allahdan böyük bir mülk və zənginlik istəyə bilər. Ancaq Allah onun bu istəyində bir xeyir görməyə bilər. Bəlkə də, zənginlik uşaqlarının azğınlaşıb azmasına səbəb olacaq. Allah bu insanın duasını eşidər və onun duasına ən xeyirli şəkildə cavab verər. Və ya bir insan bir yerə bir an əvvəl çatmaq üçün dua edər. Amma, bəlkə də, özü üçün oraya daha gec getməsi və biriylə qarşılaşaraq ondan axirətinə fayda gətirəcək şeylər öyrənməsi daha xeyirlidir; Allah bunu bilir və bu adamın da duasına yenə ən xeyirli olacaq şəkildə razılıq verər. Yəni Allah o insanı eşidər, amma duasında onun üçün bir xeyir görmürsə, onun üçün ən xeyirli olanı yaradar. Bu, çox əhəmiyyətli bir sirdir.

Bu sirri bilməyənlər Allaha dua etdikdən sonra duaları reallaşmadığında, Allahın onları eşitmədiyini zənn edərlər. Bu, çox azğın və cahil bir inancdır. Çünki Allah insana şah damarından daha yaxındır. (Qaf surəsi, 16) O, insanın hər danışığından, hər düşüncəsindən, həyatının hər anından xəbərdardır. İnsan yatarkən belə Allah onun hər halını, yuxusunda gördüklərinə qədər bilər. Bunların hamısını yaradan Allahdır. Buna görə insan Allaha hər dua etdiyində Allahın duasını bir ibadət olaraq qəbul etdiyini bilməli və duasına özü üçün ən xeyirli zamanda və ən xeyirli şəkildə cavab veriləcəyinə iman etməlidir.

Dua hər insan üçün çox qiymətli bir ibadət və böyük bir nemətdir. Çünki Allah insana dua vasitəsi ilə Allahın xeyirli və gözəl gördüyü hər şeyə çatma imkanı vermişdir. Allah, “De ki: Sizin duanız olmasaydı, Rəbbim sizə dəyər verərdimi?…” (Furqan surəsi, 77) ayəsiylə duanın insanlar üçün əhəmiyyətini bildirir.