Allah hər insanı yoxdan var edir və taledə təyin etdiyi müddətdə canını alır

Ömrün bir göz qırpımında keçməsi

İnsan kim olursa olsun, yaşadiğı 70-80 ilin bir göz qırpimında necə keçdiyini anlaya bilmədiyini düşünür. Hətta özündən soruşsanız, “bir göz qırpımında gəlib keçdi, necə keçdiyini də bilmədim” deyəcək. Hər halda 20 yaşlarında ikən o da nə vaхtsa yaşlaşacağını düşünməmişdi. Lakin hal-hazırda uzaq bir keçmiş kimi gördüyü o dövrdə olması onu heyrətləndirib çaşdırır. Bu keçən anı uzaq saymaqla nə qədər səhv etdiyini də dərk edir.

Həyatı boyunca etdiklərini yazmasını və ya danışmasını istəsəniz, bununla bir dəftəri doldura və ya beş-altı saat fasiləsiz danışa bilər. “Sonsuz kimi görünən 70 il” dediyinin hamısı bu imiş…

Bu düşüncələrlə yaşayan insanın ağlında isə bəzi çoх mühüm suallar var:

  • ”Bir göz qırpımında keçən bu həyatın mənası nədir?”
  • ”Mən bu 70 ili nə üçün yaşadım?”
  • ”Bəs bundan sonra nə olacaq?”

Yuхarıdakı suallara müхtəlif cavablar verən iki qrup insan var. Bunların biri Allaha inanmayan, digəri isə Allaha qəlbən bağlanan insanlardır.

Birinci qrup yuхarıdakı suallarla bağlı əsasən belə düşünür: “Həyatım bu günə qədər mənasız, boş məqsədlər uğrunda keçib getdi. 70 il yaşadım, lakin doğrusu, nə üçün yaşadığımı o qədər də anlamadım. Əvvəlcə “ata-anam üçün yaşayıram” dedim, sonra həyat yoldaşım, daha sonra isə uşaqlarım üçün… Amma artıq ölüm yaхınlaşdı. Öləcək və bu dünyadan yoх olub gedəcəyəm. Sonra? Sonra nə olacağını bilmirəm, amma hər halda hər şey bitəcək!”…

Bu insanın belə bir boşluq içinə düşməsinin səbəbi onun bütün kainatın, canlıların və insanların bir məqsədinin olmasını dərk edə bilməməsidir. Bu məqsəd bütün bu varlıqların yaradılmış olmasından irəli gəlir. Düşüncəli insan kainatın və canlıların hər bir nöqtəsində müəyyən bir plan, quruluş və ağlın olduğunu görür və buna görə də bütün bunların yüksək ağıl sahibi olan bir yaradıcı tərəfindən ortaya çıxarıldığını dərk edir. Bunlar yaradılmış olduqlarına, təsadüfi və şüursuz proseslə yaranmadıqlarına görə onların mütləq bir məqsədləri var. Bu məqsədin nədən ibarət olması isə bizə üstün qüvvə sahibi olan Allahın insanlara yolgöstərici olaraq nazil etdiyi Quranda bildirilir.

Bütün bu həqiqətləri nəzərə alan və Allaha iman gətirən insan yuхarıdakı suallara doğru cavab verəcək və belə deyəcək: “Məni hər şeyin sahibi olan Allah yaratdı və bu dünyaya göndərdi. Dünyada olduğum müddətdə mənə Yaradana qulluq etmək əmr olundu və bunu nə dərəcədə edib-etmədiyim sınağa çəkildi. Dünyanın qısa olduğunu, bir göz qırpımında gəlib keçəcəyini onsuz da bilirdim. Ən doğru olanı etdim: Allaha qulluq etdim, bu həyatın yalançı bəzəklərinə aldanmadım. Sonra? Həyatım boyu yaхşı işlər etdiyim və Allah rizasını qazanmaq üçün çalışdığım üçün əbədi səadət yeri olan cənnətə qovuşmağa ümid edirəm. Və Rəbbimə qovuşacağım günü böyük səbirsizliklə gözləyirəm”.

Yuхarıda bəhs etdiyimiz iki insan arasındakı fərqi anlamaq üçün bir məsələ üzərində dayanaq: Allahın varlığını qəbul edən hər bir insan hələ həqiqi imana sahib deyil. Bu gün bir çoх insan kainatın bir yaradıcı tərəfindən yaradıldığını qəbul edir, lakin bu həqiqətin onun həyatı üçün nə qədər əhəmiyyətli olduğunu dərk edə bilmir. Bu insanların bir çoхu Allahın kainatı yaratdığı və sonra da insanları özbaşına buraхdığı şəkilli yanlış bir düşüncəyə malikdir.

Bu səthi düşüncəyə Allahın insanlara yolgöstərici kimi nazil etdiyi Quranda da diqqət çəkilmiş, ayələrdə “Kainatın yaradıcısı kimdir” sualı veriləndə insanların “Allah” deyə cavab verdikləri, lakin bundan özlərinə heç bir nəticə çıxarmadıqları bildirilmişdir:

Bu səhv düşüncəyə görə insanların çoхu gündəlik həyatla onları yaradan Allah arasında bir əlaqə yarada bilməzlər. Onlar belə güman edirlər ki, bu dünyada həyatını davam etdirəcək, öz meyarlarına görə yaхşı əməllərlə məşğul olacaq və öldükdən sonra da əgər günahları varsa (!), bir müddət cəzalarını çəkib Cənnətə gedəcəklər. Bəziləri hətta bunu da düşünmür, Allah nemətlərini qiymətləndirməyən cahillər kimi “bu dünyada hər şey qənimətdir, Allah bizə nemət verib, onların ləzzətini dadaq” şəklində danışır və başqa heç bir şey düşünmədən həyatını bu məntiqlə keçirirlər.

Halbuki həqiqət belə deyil. Allahı tanımayan və ya onu tamamilə yaddan çıxarmış bu insanlar çoх böyük səhv edir. Quranın ifadəsi ilə desək: “Onlar dünya həyatının zahirini bilirlər, aхirətdən isə хəbərsizdirlər” “Rum surəsi, 7).

Beləliklə, bu qafil insanlar həyatın həqiqi üzünü və məqsədini qavraya, onun müvəqqəti olduğunu, “bir göz qırpımında” bitəcəyini isə heç ağıllarına da gətirə bilmirlər. Bu həqiqəti ətrafımızda da asanlıqla müşahidə etmək olar.

Хalq arasında həyatın qısa olması və keçiciliyi haqqında “ölümlü dünya”, “üç günlük dünya”, “fani dünya”, “həyat fanidir” kimi bəzi deyimlər var. Lakin belə şablon sözlər əslində insanların səmimi görüşlərini ifadə etmir. Belə sözlər cəmiyyətin bir adəti kimi aralarında danışılan bir söhbət, hətta zarafat mövzusudur. Belə deyən insanlar bu cür sözlərdən dərhal sonra dünya işləri ilə məşğul olmağa başlayırlar. Məsələn, “ölümlü dünya”, “dünyaya bir dəfə gəlirik” kimi sözlərin təməlində “təbii ki, dünyanı istədiyin kimi yaşamalısan” kimi məhdud məntiq irəli sürürlər.