Allah Ona dua edən hər kəsin duasını eşidər və cavab verər. Allah bu həqiqəti, “Bəndələrim Məni səndən soruşsalar, (de ki:) “Mən (onlara) yaxınam. Mənə dua etdiyi vaxt dua edənin duasını qəbul edərəm. …” (Bəqərə surəsi, 186) ayəsi ilə xəbər vermişdir.
Allah Quranda “çətinlik və ehtiyac içində” Özünə dua edənin duasını qəbul edəcəyini bildirir. Bu, bir insanın dua etdiyi şeyi qəlbən, səmimi olaraq istədiyinin göstəricisidir.
Lakin unutmaq olmaz ki, insanlar həmişə özləri üçün nəyin xeyirli və faydalı olduğunu müəyyən edə bilməyə bilərlər. Özümüz üçün xeyir hesab etdiyimiz şey bizim üçün xeyir olmaya bilər. Allah bizim bilmədiklərimizi bildiyi və hər şeyi nəzarəti altında saxladığı üçün bəzən bu cür duaları qəbul etməyib vaxtı gələndə bizə daha xeyirlisini verə bilər. Həmçinin, insanlar səbirsiz yaradılmışdır və bəzən istəklərinin dərhal yerinə yetməsi üçün səbirsiz davranarlar. Lakin Allah duanın cavabını gecikdirə bilər. Uca Allahın təqdiri həmişə ən yaxşısıdır və mütləq faydalıdır. Hər vəziyyətdə insan gözəl bir şəkildə səbir göstərməlidir.

