Allah dostlarına qarşı dəlilik iddiası

Səba surəsi, 8-ci ayə

Səba surəsi, 8-ci ayə. “Allaha qarşı yalan mı uydurur, yoxsa özündə bir dəlilik mi var?” Bütün peyğəmbərlərə, Allahın dostlarına qarşı, həmişə eyni böhtan edilmişdir; dəlilik iddiası. “Xeyr, axirətə inanmayanlar, əzabda və uzaq bir pozğunluq içindədirlər.” Həm “əzab var” deyir, “həm də uzaq bir pozğunluq içindədirlər” deyir. “Onlar, göydən və yerdən önlərində və arxalarında olanı görmürlərmi?” Yəni “diqqətləri açıq deyil mi” deyir Allah, bunu dərk edə bilmirlərmi?

“Əgər Biz diləsək, onları yerin-dibinə keçirər, ya da göydən üzərlərinə parçalar atarıq.” Yəni “zəlzələ meydana gətirərəm” deyir Allah, “yerin dibinə keçirərəm, ölümlərinə səbəb olaram” deyir, “ya da göydən üzərlərinə parçalar atarıq.” Məsələn, meteoritlər daima dünyanın yanından keçir. Allah istəsə meteoritlə, dünyanı deşik-deşik edər, parça-parça edər. Çünki səmada, milyonlarla meteorit var və milyonlarla meteorit daima dünyanın yanından keçir, dəymir. Ayın səthinə baxın, meteoritlər nə hala salıbdır. Dünya da o cür səthə malik ola bilərdi. Bu heç kimi maraqlandırmır. Düşünün, dünya bir qum fırtınasına tutulmuşdur, amma bir qum dənəsi belə dəymir. Yaxud adi tüfənglə güllələr atılır, dünya tam hədəfdə olduğu halda heç biri dəymir. Kosmosda çox sayda daş var və meteorit yağır. Amma dünyanın daima yanından keçir. Meteoritlər var, insanlar nə qədər rahatdırlar, deyirlər ki; “dəyməz”, öyrəşiblər, elm adamları da öyrəşib. Bu qədər kilometr kənarından keçir. Niyə o qədər kənarından keçsin? Birbaşa mərkəzindən dəyər, amma dəymir. Allah deyir ki; “göydən üzərlərinə parçalar atarıq. Heç şübhəsiz, bunda “könüldən (Allaha) yönələn” hər qul üçün bir ayə vardır.” “Bunu etmirəm deyir Allah. Amma istəsən edərəm” deyir.