Aİman edənlər həyatı boyu Quran əxlaqını insanlar arasında yaymaq, insanların Allaha iman etmələrinə vəsilə olmaq üçün ciddi səy göstərirlər. Onların bu səylərinə qarşılıq inkar edənlər isə, tarix boyu həmişə iman edənlərin qarşısında yer almış, onlara təzyiq və şiddətlə maneə törətməyə çalışmışlar.
Allah Quranda inkar edənlərə qarşı həmişə möminlərlə birlikdə olduğunu, onların işlərini asanlaşdıracağını, möminlərə kömək və dəstək olacağını bildirir. Onların hər işlərini asanlıqla nəticələndirər, hər zaman müvəffəqiyyət və gözəllik verər. Hətta imanı zəif olanların “əfsus” dedikləri, ümidsizliyə düşdükləri, heç bir qurtuluş yolunun qalmadığını düşündükləri vəziyyətdə də Allah möminlərə Öz Qatından kömək göndərmiş və möminləri başarılı etmişdir.

