Allah dininə kömək edənə mütləq kömək edər

İman edənlər həyatı boyunca Quran əxlaqını insanlar arasında yaymaq, insanların Allaha iman

İman edənlər həyatı boyunca Quran əxlaqını insanlar arasında yaymaq, insanların Allaha iman etmələrinə vəsilə olmaq üçün ciddi səy göstərərlər. Onların bu səylərinə qarşılıq, inkar edənlərdən bir qrup isə, tarix boyunca həmişə iman edənlərin qarşısında yer almış, onlara təzyiq və şiddətlə maneə törətməyə çalışmışlar. Allah Quranda, inkar edənlərə qarşı həmişə möminlərlə birlikdə olduğunu, onların işlərini asanlaşdıracağını, möminlərə kömək və dəstək olacağını bildirir. Allah yolunda səmimi səy göstərən möminlər bunları öz həyatının hər anında yaşayarlar. Allah hər işini asanlıqla nəticələndirər, hər işində müvəffəqiyyət və gözəllik verər. Ən çətin və ya kompleks kimi görünən hadisələrdə də möminlərə asanlıq verər. Hətta zəif imanlıların “əfsus” dedikləri, ümidsizliyə düşdükləri, heç bir qurtuluş yolunun qalmadığını düşündükləri vəziyyətlərdə də Allah möminlərə Qatından kömək göndərmiş və möminləri müvəffəqiyyətli etmişdir.

Allahın köməyinin və dəstəyinin hər zaman olacağına iman edən möminlər heç bir zaman ümidsizliyə qapılmaz, Allahın hadisəni necə nəticələndirəcəyini həyəcanla gözləyərlər. Hz. Musa və qövmü buna bir nümunədir. Hz. Musa İsrailoğullarını Fironun zülmündən qorumaq üçün Misirdən çıxarar. Firon isə ordusu ilə birlikdə hz. Musanın və qövmünün arxasınca düşmüşdür. Hz. Musa və İsrailoğulları dəniz sahilinə çatdıqlarında, içlərindən bəzi zəif imanlılar, Firon tərəfindən sıxışdırıldıqlarını düşünərək, çaxnaşmaya düşmüşlər və ümidsizliyə qapılmışlar. Halbuki hz. Musa “…Şübhəsiz, Rəbbim mənimlə bərabərdir; mənə yol göstərəcək”. (Şuəra surəsi, 62) deyərək, Allahın möminlərlə birlikdə olduğuna dair inancını göstərmişdir. Həqiqətən də, Allah dənizi ikiyə yararaq, hz. Musanın və qövmünün qarşı sahilə keçməsinə şərait yaratmışdır, ardınca dərhal dənizi bağlayaraq Fironu və ordusunu suda boğmuşdur.

Hər mömin səmimi olaraq düşünüb, yaşadığı hər hadisədə Allahın yaratmasını və Quran ayələrini düşünsə, möcüzə deyiləcək qədər böyük-kiçik yaşadığı hər hadisədə Allahın dəstəyinin və köməyinin əlamətlərini görəcək.