Allah daima qəlbimizdə cənnət həsrəti yaradır

Quran bizə cənnətin xəyal belə edə bilməyəcəyimiz sonsuz gözəllikdə bir yer olduğunu xəbər (2)

Quran bizə cənnətin xəyal belə edə bilməyəcəyimiz sonsuz gözəllikdə bir yer olduğunu xəbər verir. Bu səbəbdən ehtişamın, zənginliyin, texnologiyanın, sağlamlığın və s. nemətlərin ən çoxu və sonsuz olanı (Allahın icazəsi ilə) cənnətdə olacaq. Ayədə bildirildiyi kimi “ …eni göylərlə yer qədər olan… (Ali İmran surəsi, 133) cənnət dünyaya bənzər yeri, göyü, hətta hədislərdə ifadə edildiyi kimi küçələri, bazarları olan, normal yaşam tərzinin hökm sürdüyü, ancaq dünyadan fərqli olaraq ən qüsursuz şəkildə yaradılmış bir yerdir (doğrusunu Allah bilir).

İnsanlar reallaşdırmasını istədikləri, ancaq dünya həyatında mümkün olmayan şeyləri bəzən film və ya romanlarda canlandırırlar. Bu cür fikirləri fantastik və ya utopik adlandıraraq həqiqətdən uzaq kimi göstərməyə çalışırlar. Ancaq dünyada bu gözəlliklərin imkansız olduğunu bilərək sadəcə xəyal qurmaq onların ruhunda dərin zövq yaşatmır. Əksinə yaşadıqları dünyanın əskikliklərinin fərqinə vararaq həqiqi üzünü görmələrinə, bu da öz sözləri ilə desək, “keflərinin pozulmasına” səbəb olur. Əlbəttə bu ruh halı iman etməyən insanlara aiddir.

Axirətin varlığına qəti iman edən möminlər isə xəyal gücünün sərhədlərini aşan ehtimalların Allahın “Ol” əmri ilə reallaşacağını və axirətdə cənnət neməti kimi qarşılarına çıxacağını bilirlər. Ona görə də insan dünyada “olsa əla olardı” deyə düşündüyü hər gözəllik və nemətə cənnətdə qovuşmağı ümid edir. Bu insan istədiyi hər şeyə qovuşa biləcəyi cənnəti qazanmaq üçün ciddi səy göstərməyə başlayır.

Allah cənnəti təsvir edib tanıtdığı ayələrdə insanlara dünyadakılarla müqayisə olunmayacaq gözəllikdə nemətlər söz verir. “Orada onlar üçün istədikləri hər şey hazırlanmışdır. Üstəlik hüzurumuzda bundan da artığı (Allahı görmək) vardır.” (Qaf surəsi, 35) ayəsində bu nemət bolluğunu xəbər verir.

Bəziləri cənnətdə vəd edilən nemətlərin bolluğunu, çeşidliliyini, bənzərsiz gözəlliklərini xəyalında canlandırmaya bilər. Quranda bildirilən nemətlər, cənnət təsvirləri insanlarda təsəvvür yaratmaq üçün dünyadakı gözəlliklərə bənzədilir. Əlbəttə ki, cənnətdə bu nemətlərin ən mükəmməlləri olacaq. Çünki Allah sonsuz ağlının təzahürü olaraq cənnəti bütün əskikliklərdən təmizlənmiş bir məkan olaraq yaratmışdır.

İnsanın məhdud düşüncə tərzini belə bir misalla açıqlaya bilərik. İnsanın görmə duyğusu olmasa, o sadəcə eşitmə, dad bilmə, qoxu alma və toxunma hisslərinə sahib olsa, gözlə görə biləcəyi nemətlər ona nə qədər anladılsa belə bunları qavraması qeyri-mümkün olar. Rəngdən, aydınlıqdan, estetikadan, simmetriyadan, ehtişamdan bəhs edildiyi zaman insan bütün bunları anlamaz. Allah eynilə yalnız cənnətdə yaradacağı və bilmədiyimiz, bizə yeni zövqlər yaşadacaq hisslər verə bilər.

Dolayısı ilə sadəcə 5 duyğu üzvümüzlə bağlı olduğumuz bu dünyada daha neçə nemətlərdən xəbərsiz olduğumuzu qavramağımız mümkün olmaya bilər. Görmə, düşünmə və xəyal etmə sərhədlərimizin məhdudluğunu pəncərəsiz bir evdən heç çölə çıxmayan bir şəxsin halına bənzətmək olar. Evin xaricindəki gözəlliklərdən; dağların görünüşündən, bir-birindən estetik çiçəklərdən, sevimli heyvanlardan, aydın səmadan, gün işığından xəbərsiz olan bu şəxs necə nemət əskikliyi yaşadığını dərk etməz. Qaldı ki, bu bənzətməni yenə də dünyadakı gözəlliklər üzərindən edirik.

İman edən insan, cənnəti sahib olduğu məhdud bilgilər daxilində dar düşüncə tərzi ilə dəyərləndirməməli və bu səhvə düşməməlidir. Çünki o Rəbbimizin bildirdikləri xaricində cənnətin necə olması və cənnət əhli üçün hazırlanmış sürprizlərin nələr ola biləcəyi haqqında fikir sahibi belə deyil. Quranda buna diqqət çəkilən ayələrdən biri də belədir:

“Orada onlar üçün istədikləri hər şey hazırlanmışdır. Üstəlik hüzurumuzda bundan da artığı (Allahı görmək) vardır.” (Qaf surəsi, 35)

Allah Dünyanı müsəlmanların Cənnət həsrəti yaşayacaqları şəkildə yaratmışdır. Allahın və axirətin varlığına iman edən hər kəs dünyada olan nemət və gözəlliklər qarşısında hər an cənnəti xatırlayacaq və bu nemətlərin müvəqqəti olduğunu bilərək cənnətdə həqiqisini istəyəcək. Nəticədə belə bir kimsənin cənnətə qovuşma istəyi və həyəcanı onun hərəkətlərindən, danışıqlarından, din əxlaqını yaşamaq barədə göstərdiyi səmimi səydən hiss ediləcəkdir.

İmanın qazandırdığı ağıl və vicdanla cənnəti haqqı ilə təqdir edə bilən biri mənəvi dərinliyi ölçüsündə də bu nemətin fərqində yaşayacaqdır. Allah hər an qəlbimizdə cənnət həsrəti yaradır. Məsələn, musiqi çox böyük nemətdir, ancaq insan hər zaman daha yaxşı musiqi axtarar və istədiyini tapmır. Bu Cənnətdən qaynaqlanır və beynimizdə hazır məlumat olaraq yaradılır. Məsələn, bir saraya gedirik, ən gözəl saraya, deyirik ki, “bundan daha gözəli mütləq var”, daha rahat və daha ehtişamlı olanı. Şüuraltımızda onu bilirik, amma tapa bilmirik və ya alma yeyirik, amma daha gözəlinin olduğunu bilirik, üzüm və ya portağalın da elə. İnsanın da daha gözəlinin olduğunu bilirik. Allah əvvəlcə özləm hissini verir, sonra isə bizi cənnətinə alır. O zaman da insanın yaddaşı silinmir, dünyada yaşadıqlarını unutmur, həmişə şükür edir. Cənnətdə insanın gedib bir divanda oturmasına ehtiyacı yoxdur, ancaq yorğunluq olmadığı halda cənnət divanında oturur və ya cənnət köşkündə dincəlir. Dünya kiri də cənnətdə olmaz. Dünyada çirklilik xüsusi yaradılır və bir möcüzədir.

Dünyada hər şeyin səbəb-nəticə əlaqəli olması Allahın sənətidir. Ancaq Rəbbimizin təcəlliləri sonsuzdur. Allah hər şeyi dilədiyi anda və surətdə yaradır və istədiyi şəklə salır. Kainatı yoxdan yaradan Allah dilədiyi an dünyada qavramağa çalışdığımız qanunları və səbəbləri aradan qaldıracaqdır.

Səmimi müsəlmanlar cənnətdə düşündükləri və xoşladıqları hər şeyi istəyə biləcək və həmin an o nemətlərə Allahın izni ilə sahib olacaqlar. Özünə və ətrafına istədikləri surəti verə biləcəklər və hər istədiklərini edərək ən zövq alacaqları nemətlər içində yaşayacaqlar. Həmçinin bunların heç biri ehtiyaclarını ödəmək, əskiklikləri aradan qaldırmaq və ya qüsurları örtmək üçün yox, sadəcə uca Allahdan nemət və gözəllik olaraq cənnət əhlinin zövq alması üçün olacaqdır.