Allah səmimi olaraq edilən və insanın səmimi olaraq səhvini təkrarlamamağa niyyət etdiyi, tövbəsinin ardından rəftarını düzəltdiyi hər tövbələri qəbul edər. Günahın böyük və ya kiçik olması kimi bir ayrı-seçkilik olmaz. Əhəmiyyətli olan qəti olaraq o rəftarı düzəltməyə qərar verməkdir.
Allahın tövbə ilə əlaqədar hökmü belədir:
“Allahın qəbul etdiyi tövbə yalnız bilmədən pis iş görən, sonra da dərhal tövbə edənlərin tövbəsidir. Allah onların tövbəsini qəbul edər. Allah hər şeyi biləndir, hikmət sahibidir.” (Nisa surəsi, 17)
