Həyatını Allahı dərk etmədən davam etdirən insanlar əlbəttə özlərinə rəhbər olaraq, Allahı deyil, zehinlərindəki saxta ilahların meyarlarını qəbul edəcəklər. Haqq din olan İslama deyil, batil anlayışlara və inanclara sahib olan saxta bir dinə tabe olacaqlar. Onların dini, çox ilahlı azğın bir dindir. Bu insanlar, özlərinə meyar olaraq, içində olduqları cəmiyyətin batil dəyərlərini qəbul etdikləri üçün, bir-birindən fərqli qayda və məqsədlərə sahib olarlar. Bu səbəblə, yaşadıqları çox ilahlı dinin müxtəlif növləri vardır. Ancaq bunu da ifadə etməkdə fayda vardır: Bir insanın içində yaşadığı cəmiyyətin nizamına uyğun gəlməsi, qanunlara və qaydalara tabe olması son dərəcə əhəmiyyətli və lazımlıdır. Burada nəzərdə tutulan doğrunu, gözəli, sevgini və hörməti təlqin edən və yaşadan ictimai qaydalar deyil, mənfəəti, eqoizmi, sevgisizliyi və mərhəmətsizliyi təlqin edən batil dəyərlərdir.
Kiminin həyatdakı məqsədi, pul və güc əldə etmək, kimininki hörmət edilən və sözü qəbul edilən bir insan olmaqdır. Kimisi həyatının məqsədini “yaxşı bir yoldaş” tapıb, “xoşbəxt bir yuva qurmaq” olaraq isdiqamətləndirər. Bunların hamısı bir möminin də həyatında olan ünsürlərdir. Amma saleh bir mömin heç birinə lazım olandan çox dəyər verməz. Daha da əhəmiyyətlisi bu mövzular haqqında Allahın Quranda bildirdiyi öyüdləri xaricində bir anlayışa, mühakiməyə sahib olmaz. Din əxlaqını yaşamayan insanların isə, özlərinə məqsəd qoyduqları hər bir hədəf üçün din əxlaqına uyğun olmayan üsulları və yolları vardır. “Həyat tərzi” olaraq adlandırdıqları bu batil anlayışların hər biri əslində batil bir dindir və Allahın varlığını və sərhədlərini qavraya bilməmək təməli üzərinə qurulmuşdur.
Halbuki insanların yaradılışı, Allaha qul olma və Allaha güvənmə üzərinə quruludur. İnsan, sonsuz istək və ehtiyaclarını öz-özünə qarşılamaq imkanına sahib olmadığı üçün, yaradılışdan Allaha bağlanmağa möhtacdır. Bu səbəbdən insan fitrəti, Allahı “Rəbb” (təlimatçı, yol göstərici, qayda qoyucu) olaraq qəbul etməyə uyğundur:
Sən bir hənif kimi üzünü dinə tərəf çevir! Allahın insanlara – xəlq etdiyi şüurlu məxluq kimi verdiyi fitrət budur. Allahın yaratdığını heç cür dəyişdirmək olmaz. Doğru din budur, lakin insanların çoxu bunu bilmir. (Rum surəsi, 30)

