Allah bizim gözəlliyimizi istəyir

Allah bizə asan olanı təklif edib, Allah deyir ki, “səmimi olan qullarım xilas olar”, nə qədər

Allah bizə asan olanı təklif edib, Allah deyir ki, “səmimi olan qullarım xilas olar”, nə qədər böyük fərəhlik var, nə qədər böyük gözəllikdir. Və səmimiyyət dünyanın ən zövqlü əməllərindən biridir, yəni iman və səmimiyyət. Çox rahatladıcı, nurdur yəni qəlbin fərəhliyidir, səmimi olan bəndələr Allahdan çox qorxsa, Allahı çox sevsələr, Quran əxlaqını tətbiq etməkdə diqqət göstərsələr Allah onsuz da Cənnəti bu insanlar üçün yaratmışdır.

Yəni Allah sizə zülm edib nə etsin, deyir. “Allah sizə zülm etməz” deyir Allah. Allah bizim həmişə yaxşılığımızı istəyər gözəl olmağımızı istəyər, bizim hüceyrələrimizə qədər qüsursuz və gözəl yaratmışdır. Bizim üçün Allah işıq yaratmışdır, kölgə yaratmışdır, dadlar yaratmışdır, qoxular yaratmışdır, gözəl musiqi yaratmışdır, gözəl insanlar yaratmışdır, gözəllik hissi vermişdir hər cür nemətlə bizi mükafatlandırmışdır, Allaha həmd olsun.

Biz də ona ibadətlərimizlə, dualarımızla, sevgimizlə, hörmətimizlə, bağlılığımızla, ona xidmət edərək gözəl cavab verəcəyik, belə olduq, inşaAllah Cənnətə getməyimiz ümid edilə bilər, amma Allahın məqsədi onsuz da bəndəlkərini Cənnətinə göndərməkdir. Yəni Cəhənnəm, Cənnətin dəyərini artırmaq üçün vəsilədir.