Allahın bağışlaması sonsuzdur. O, yaratdığı bütün qullarına tövbə edərək təmizlənmə imkanı verir. İnsan cahilliklə etdiklərinə görə dünyada bağışlanma diləyərək cəhənnəm əzabından xilas ola bilər. Səmimi şəkildə Qurana tabe olaraq Allahın əmrlərinə dəqiqliklə itaət etdiyi təqdirdə Rəbbimizin bağışlayan və əsirgəyən olduğunu görər. Allah saleh əməllər işləyən qullarının bütün günahlarını bağışlayacağını müjdələmişdir.
Allah bir ayəsində: “Əgər siz şükür etsəniz və iman gətirsəniz, Allah sizə nə üçün əzab versin ki…” (Nisa surəsi, 147) – deyərək insanlar üzərində nə qədər geniş bağışlama sahibi olduğunu onlara bildirmişdir. Necə ki, cahil və nankor olan insanların bir çox nemət içində həyatlarını davam etdirmələri də Allahın bağışlaması ilədir.
Allah bütün insanlara nəsihət alanın nəsihət ala biləcəyi qədər müddət verir. Onlara özlərini xəbərdar edib qorxudacaq elçilər göndərir və bu elçilər vasitəsi ilə qorxub çəkinməli olduqları hər şeyi bildirir. Ancaq bütün bunlara baxmayaraq, inkarda dirənən insanlar da, əlbəttə, işlədikləri günahların cəzasını çəkəcəklər.

