Allah bəzi nemətləri səbrin arxasında gizlətmişdir

İnsan iradəli, ağıllı, vicdanlı olmadığı təqdirdə çox səbirsiz olur

İnsan iradəli, ağıllı, vicdanlı olmadığı təqdirdə çox səbirsiz olur. İstəyir ki, hər şey tez olsun, hər mövzu tez nəticələnsin, bir az cəhd edən kimi istədiyi hər şeyi əldə edə bilsin, sıxıntılar tez keçib keçsin. Amma dünya həyatının xüsusiyyətinə görə hər şey tez və qısa müddətdə həll olmur. Bəzən insan bir məsələ üzərində aylarla, hətta illərlə çalışa, uzun müddət səbir edə bilər. İnsan heç vaxt “Olmur”, “Deməli, səhv yoldayam”, “Mənim cəhdim baş tutmur”, “Daha bu yolda cəhd etməyim, bunun faydası yoxdur” kimi səhv düşüncələrə qapılmamalıdır.

İnsanların çoxu səbirli deyil. Allah isə insanları bu yolda imtahan edir. İnsanlardan yalnız Allahı çox sevənlər, Allahın rizasını istəyənlər və Allah rizası üçün cəhd edənlər həqiqi mənada səbir edə bilərlər. Başqaları bir-iki gün, bir həftə, bir neçə ay səbir etdikləri halda, iman gətirən insanlar Allah üçün lazım gəlsə həyatının sonuna qədər, ən çətin, ən ağır şəraitdə belə səbir edərlər. Allahın insanları sınamasındakı hikmətlərdən biri də elə budur: Allahı sevən və Allaha könüldən iman gətirən insanların ortaya çıxması…

Buna görə də insan heç vaxt səbirli olmaqdan bezməməli, cəhdindən şübhəyə düşməməli və əl çəkməməlidir. Bəzən Allah insana dünyada və axirətdə bəxş edəcəyi nemətləri səbrin sonunda gizlədir. İnsan çalışdığı, səbirlə cəhd etməyə, Allahdan istəməyə, ümid etməyə davam etdiyi zaman özünü nə gözlədiyini bilməz. Bu insanın məqsədi Quran əxlaqını yaşayaraq Allahın rizasını qazanmaqdır. Əsl məqsədi nemət əldə etmək deyil. Amma Allah sonsuz lütf, mərhəmət və rəhmət sahibi olduğu üçün möminləri mükafatlandırır. İnsan aylarla, illərlə Quran əxlaqına uyğun rəftar edib səbirli olduqda heç düşünmədiyi qədər böyük nemətlərlə qarşılaşa bilər.