Allah açıq-aşkar inkar edilir

Uşaqların qayğısız sevincinin səbəbi

Kiçik bir uşağın şən hərəkətləri insanı heyran edir. Çünki böyüklərə olduqca əhəmiyyətli olan, üzərində uzun düşündükləri, ciddi qərar aldıqları, reaksiya verdikləri hadisələrin ona görə bir mənası yoxdur. Məsələn, nə iqtisadi böhranlar, nə təbii fəlakətlər, nə dünyada yaşanan müharibələr və nə də edilən zülmlər onun üçün bir şey ifadə edər. Ətrafında olub keçənlərdən xəbərsiz halda və acmaq, susamaq və oyuncağını itirmək kimi səbəblərin xaricində heç bir şeydən narahatlıq duymadan öz dünyasında yaşayar. Hüzurunu pozan bu səbəblər olmadığı müddətdə şüursuz olaraq yatmağa, oynamağa və gülməyə davam edər.

Lakin bir çox insanın (hər nə qədər ilk baxışda fərqinə varılmasa da) şüur baxımından bu kiçik uşaqdan çox fərqi yoxdur. Bu şüursuzluq Allahın və axirətin varlığı, özünün yaradılış məqsədi, ölümün mütləq reallaşan qəti həqiqət olduğu, öldükdən sonra hər etdiyinin hesabının Allaha mütləq verəcəyi kimi ən əhəmiyyətli həqiqətlərin qavranılmasında yaşanır.

İnsanların böyük əksəriyyəti Allahın açıq ayələrindən, əmr və qadağalarından xəbərsiz şəkildə yalnız öz istək və arzuları yönündə yaşayırlar. Bu insanların dünya nemətlərinə sahib olmaq, xoşbəxt olmaq, əylənmək və nəfsani arzularını təmin etmək xaricində başqa istəkləri yoxdur. Yalnız dünyanın cazibədar bəzəyinə maraq duyar və istədikləri şeylərə sahib olmaq üçün həyatı boyunca səy göstərərlər. Ən böyük sıxıntını isə bu səylərinin boşa çıxması və yaxud əllərindəkini itirmələri nəticəsində yaşayarlar.

Halbuki, yalnız qısa müddət yaşadıqları dünya həyatı hər şeyi ilə bir gün sona çatacaq. Onlar isə özləri və Allahın rizasından uzaq həyat sürən digər insanlar üçün hazırlanmış şiddətli və əbədi əzabdan xəbərsizdirlər. Böyük qorxu və çətinlik görəcəkləri axirət gününə doğru irəliləyərkən dünyanın keçici bəzəyinə həvəslə bağlanıb, yalnız dünyəvi maraqları itirmənin narahatlığını və kədərini duyarlar.

İnsanların Allahın açıq dəlillərinə, əmr və xəbərdarlıqlarına baxmayaraq, göstərdikləri bu şüursuz və maraqsız hala qəflət adı verilir.