Ali İmran surəsi, 5-7

Sözsüz ki, nə yerdə, nə də göydə heç bir şey Allahdan gizli qalmaz. Bətnlərdə sizə istədiyi surəti verən Odur. Ondan başqa ibadətə layiq olan məbud yoxdur, Qüdrətlidir, Hikmət sahibidir. Kitabı sənə nazil edən Odur. O Kitabın bir qismi möhkəm ayələrdir ki, bunlar da Kitabın anasıdır. Digərləri isə mütəşabih ayələrdir. Qəlblərində əyrilik olanlar fitnə-fəsad törətmək və istədikləri kimi yozmaq məqsədilə mütəşabih ayələrin ardınca gedərlər. Halbuki, onun yozumunu Allahdan başqa heç kəs bilməz. Dərin biliyə malik olanlar isə deyərlər: “Biz ona iman gətirdik, hamısı Rəbbimiz tərəfindəndir”. Ağıl sahiblərindən başqa, heç kəs bunu dərk edə bilməz. (Ali İmran surəsi, 5-7)