Ali İmran surəsi, 104

Quranda yer alan Ali İmran surəsinin 104-cü ayəsindəki, “Aranızda, xeyrə çağıran, yaxşılığı

Quranda yer alan Ali İmran surəsinin 104-cü ayəsindəki, “Aranızda, xeyrə çağıran, yaxşılığı əmr edən və pis əməllərdən çəkindirən bir camaat olsun. Onlar əsil nicat tapanlardır.” ifadəsinin Axırzamana işarə etdiyi və bu ayədə təsvir edilən topluluğun Hz. Mehdi və onun tələbələri olduğu bildirilir. Bu ülvi vəzifənin icrası, ilahi bir imtahan qanunu olan adətullah gərəyi, çox böyük çətinlikləri də gətirəcəkdir.

Necə ki, Ali İmran surəsinin 186-cı ayəsində, “Siz mütləq mal-dövlətiniz və canlarınızla sınağa çəkiləcəksiniz. Sizdən əvvəl kitab verilənlərdən və şərik qoşanlardan bir çox əziyyətverici (sözlər) eşidəcəksiniz. Əgər səbr edib (günahlardan) çəkinsəniz, (bilin ki,) bu, böyük mətanət tələb edən işlərdəndir” buyurularaq bu vəziyyətə diqqət çəkilir. Bu ayə, Hz. Mehdi və camaatının təbliğ fəaliyyətləri əsnasında qarşılaşacaqları şiddətli təzyiqlərin, böhtanların, təhqirlərin və müxtəlif hücumların bir xəbərçisi olaraq görülür.

Onların bu əziyyətlər qarşısında göstərəcəkləri səbr və təqvanın, mənəvi məqamlarının daha da yüksəlməsinə və Allah dərgahındakı savablarının qat-qat artmasına vəsilə olacağı bildirilir. Bu mövzuda Hz. Əlidən rəvayət edilənlər, Hz. Mehdinin xarakterini və fəaliyyətini anlamaq baxımından aydınlıq gətirir.

Rəvayətə görə, Hz. Mehdi zühur etdiyi zaman xalqın şəxsi rəy və düşüncələrinin, əleyhinə olan mənfi sözlər və tənqidlərdən təsirlənməyəcək, bunun əvəzinə birbaşa Quranın hökmünü icra etməyə çalışacaqdır. İnsanların Quranı öz şəxsi arzularına və nəfslərinə görə yozduğu bir dövrdə o, bu düşüncələri yenidən Quranın həqiqətlərinə doğru yönəldəcək və insanların fikirlərini Quranın xidmətinə təqdim edəcəkdir.

Yenə başqa bir rəvayətdə ifadə edildiyi kimi, onun ən əsas vəzifələrindən biri zamanla unudulmuş olan Kitab və Sünnənin canlı mənalarını yenidən ehya etmək olacaqdır. Eynilə Peyğəmbərimiz Hz. Məhəmməd öz dövründəki cahiliyyə quruluşunun təməllərini dağıtdığı kimi, Hz. Mehdi də müasir dövrün cahiliyyə sistemini yıxaraq İslamı əslinə uyğun bir şəkildə, yenidən və ən başdan təsis edəcəyi qeyd olunur.