Təkamül nəzəriyyəsini yaşadan hər hansı elmi dəlil yoxdur. Bu həqiqət bir daha onu göstərir ki, darvinizmi dəstəkləyən səbəblər elmi deyil, ideolojidir. Elm tələb edir ki, əvvəlcə bir fikir irəli sürülsün, sonra isə bu fikir sübuta yetirilərək nəzəriyyə halına salınsın. Lakin bu, təkamül nəzəriyyəsinə aid deyil. Nəzəriyyəni bircə dəlil belə təsdiq etmir, buna baxmayaraq, dərsliklərdəki yerini qoruyub saxlayır və mediada ən aldadıcı xəbərlərlə təqdim edilir. Qanunlarla qorunur, sanki dəyişdirilə bilməz, haqqında əks qərar verilə bilməz məntiqi ilə müdafiə edilir. Bunun yeganə səbəbi təkamül nəzəriyyəsinin elmi fakt deyil, doqmatik inanc olmasıdır.
Aldadıcı xəbərlərlə təqdim edilən nəzəriyyə: Təkamül nəzəriyyəsi
