Albatroslar aylarla fasiləsiz necə uçurlar?

Albatroslar açıq dənizlərdə yaşayırlar. Albatrosun uçması üçün qanadlarını geniş şəkildə küləyə qarşı açaraq havada qalması kifayətdir. Quş bunu qanadlarını mümkün qədər geniş açmaqla həyata keçirir və bu əsnada quş qanadlarının eni quşlar arasında ən geniş qanad uzunluğu olan 3,5 m.-ə çatır. Albatrosların qanad sümüklərində qanadlarını açıq vəziyyətdə saxlamaq üçün bir növ kilid sistemi vardır. Beləliklə, minimal enerjidən istifadə edərək günlərlə, həftələrlə, hətta aylarla fasiləsiz uça bilərlər. Albatros yuxarıya qalxan dalğalardan və küləkdən istifadə edərək onlar istiqamətində irəliləyər və küləyin içərisindən əyri xətlər çəkərək bir dalğanın təpəsindən digərinə keçər. Albatros bu şəkildə qanad çırpmadan saatlarla su üzərində uça bilər. (David Attenborough, “The Life of Birds”, səh. 55)