Albatros, qağayı və başqa dəniz quşları isə hündür dalğaların yaratdığı hava axınlarından istifadə edərək enerjiyə qənaət edirlər. Hündür dalğalar üzərində uçan bu dəniz quşları yuxarıya doğru hərəkət edən havanın qaldırıcı qüvvəsindən yararlanırlar.
Burada verilən bir neçə misaldan da aydın oldu ki, bütün quşlar hansı texnikadan istifadə etdiklərini, hara getdiklərini, hansı yolu seçmək lazım olduğunu yaxşı bilirlər. İsti hava axını və ya dalğaların əmələ gətirdiyi hava axınları vasitəsilə uçanlar heç bir problemlə üzləşmir. Çünki Allah hər canlıya ehtiyac duyduğu məlumatları ilham edir. Bunun sayəsində də onlar etdikləri bütün hərəkətləri yaxşı bilirlər. Allah Quranda quşların havadakı hərəkətinə diqqət çəkmiş və bir ayədə belə buyurmuşdur:
“Məgər göylərdə və yerdə olanların, qanadlarını açıb uçan quşların Allahı təqdis edib şəninə təriflər dediklərini görmürsənmi? Allah onlardan hər birinin duasını, şükr-sənasını bilir. Allah onların nə etdiklərini biləndir!” (“Nur” surəsi, 41)

