İnsan yaradılmış bir varlıqdır. Bu səbəbdən insanda görülən ağıl müstəqil bir qabiliyyət deyil; ona verilmişdir. Ağlın həqiqi sahibi isə insanı yaradan Allahdır. Allah, sonsuz və sərhədsiz ağlın sahibidir və dilədiyi an dilədiyi kimsəyə, imanı ölçüsündə bu neməti verməkdədir.
Onlara belə bir nemət verilən kəslər isə, içində olduqları dünyanı daha incə istiqamətləri ilə qiymətləndirə bilərlər. Kainatın hansı tərəfinə dönüb baxsalar qarşılaşdıqları hər detalın Allahın sonsuz ağlının nümunələri ilə dolu olduğunu görərlər. Quranda Allahın bu üstün ağlı və incəsənəti qarşısında insanın necə aciz qaldığı belə bir örnəklə izah edilmişdir:
“Yeddi göyü təbəqələr şəklində quran Odur. Sən Mərhəmətli Allahın yaratdığında qətiyyən bir uyuşmazlıq tapmazsan. Bir başını qaldırıb göyə diqqət yetir, heç onda bir çat görürsənmi? Sonra göz gəzdirib təkrar bax. Göz zəlil və yorğun halda özünə tərəf dönəcəkdir.” (Mülk surəsi, 3-4)
Ayədə ifadə edildiyi kimi, Allahın yaratmasında ən kiçik nöqsan yoxdur. Çünki Allahın sonsuz ağlı, insanın məhdud ağlı ilə müqayisə edilməyəcək qədər üstün və bənzərsizdir. Kainatdakı hər sistemdə qarşılaşılan qüsursuz dizayn, bu üstün ağlın bir göstəricisidir. Allahın, insanlara bu cür qüsursuz sistemlər göstərməsinin bir səbəbi də, ağlın həqiqi sahibinin Allah olduğunu bilməsi, Rəbbimizin böyüklüyünü qavraması və Ona təslim olub iman etməsidir.
Quranda keçən “…Sən pak və müqəddəssən! Sənin bizə öyrətdiklərindən başqa bizdə heç bir bilik yoxdur! Həqiqətən, Sən Bilənsən, Müdriksən!” (Bəqərə surəsi, 32) ifadəsi ağıllı insanların, ağlın əsl sahibinin Allah olduğunu təqdir edə bildiklərinə diqqət çəkməkdədir.

