Ağlı təqlid etmək olar?

Zəka sahibi bir insan, ağıllı insanla qarşılaşdığı zaman ondakı üstünlüyü görər və ona qarşı

Zəka sahibi bir insan, ağıllı insanla qarşılaşdığı zaman ondakı üstünlüyü görər və ona qarşı gizli və ya açıq heyranlıq duyar. Ona bənzəmək və eyni üstünlüyü əldə etmək üçün bu kimsəni təqlid etməyə çalışar. Ancaq ona bu fərqi qazandıranın ağıl olduğunu qavraya bilmədiyi üçün çözümü çox səhv yollarda axtarar. Etina etdiyi bu kimsənin bütün rəftarını, danışığını, üslubunu müşahidə etməyə və öz üzərində tətbiq etməyə çalışar. Məlumatını, ədəbini, bacarığını artırar, bəlkə çoxlu kitab oxuyar, amma yenə də bu kimsənin ətrafında meydana gətirdiyi heyranlıq və təqdir oyandıran rəftarı əldə edə bilməz. Çünki ağlın qaynağı nə məlumat, nə bacarıq, nə mədəniyyət, nə də təhsildir. Əlbəttə ağıllı insan bu xüsusiyyətlərə də malikdir və bunları ən məqsədəuyğun şəkildə istifadə edər. Amma ağlın əsl qaynağı imandır; bu səbəblə bir insan Allaha səmimi qəlblə iman etmədiyi müddətcə hər nə edirsə etsin, nə təqlidlə, nə də başqa bir yolla ağlın gətirdiyi üstünlüyü əldə edə bilməz.

Həmçinin ağıl yalnız müəyyən zamanlarda tətbiq olunan bəzi hərəkətlər ilə məhdud deyil. Əksinə vəziyyətə, şərtlərə və mühitə görə dəyişən bir rəftar mükəmməlliyidir. İman sahibi insan, hər zaman qarşılaşdığı vəziyyətlərdə heç gözləmədiyi və hətta ilk dəfə qarşılaşdığı hadisələrdə də iti ağıl göstərər.

Ağılsız insanın belə bir rəftar mükəmməlliyini təqlid edə bilməsi isə mümkün deyil. Bu kəslər ilk dəfə qarşılaşdıqları bir vəziyyətdə ümumiyyətlə çaxnaşmaya qapılar, nə edəcəklərini bilə bilməz, doğru olanı tapa bilməz və əksər hallarda çıxılmaz vəziyyətdə qalarlar. Ağlın insana qazandırdığı sürət, cəldlik, çözüm qabiliyyəti və canlılıq kimi xüsusiyyətlər bu insanlarda olmaz.