Ağlayaraq özlərini acındırmaq

Emosionallığın ən məlum yönlərindən biri, şübhəsiz ki, ağlamaqdır

Emosionallığın ən məlum yönlərindən biri, şübhəsiz ki, ağlamaqdır. Şeytanın verdiyi təlqinlərlə emosional davranan insanlar, bu vəziyyətindən qarşıdakı insanlara təsir edərək istədiklərini əldə edə bilmək üçün bir fürsət kimi istifadə edərlər. Onları belə düşüncəyə sövq edən ən mühüm səbəblərdən biri isə, bunun cahil insanlar arasında təsirli üsul olduğuna həyatı boyu bir çox dəfə şahid olmalarıdır.

Quran əxlaqından uzaq yaşayan və həyatını bəzi cahil qaydalar əsasında yönləndirən bəzi insanlar ağlamağın, günahsızlığın mühüm dəlili olduğunu düşünərlər. Öz aləmlərində ağlayaraq, doğrunu söylədiklərini, lakin bu vəziyyəti qarşısındakılara sübut edə bilmədikləri üçün, haqsızlığa uğradıqlarını, böyük çarəsizlik və kədər yaşadıqlarını sübut etmiş olacaqlarını düşünərlər. Bu azğın inanclarına əsaslanaraq emosiya ilə mümkün qədər günahsız olduqlarını vurğulayaraq qarşı tərəfdə acıma hissi oyatmağa çalışarlar.

Uşaqlıq illərindən etibarən ətrafında bu üsulun nə qədər çox sınanıldığını və bu cür insanlar arasında nə qədər təsirli olduğunu görən insanlar, şeytanın təsiriylə səmimiyyətsizliyini gizlətmək üçün eyni üsula əl atarlar. Gözyaşından silah kimi istifadə etdikləri zaman, insanları səmimi, xoşniyyətli və dürüst olduqlarına inandıra biləcəklərini; şeytanla etdikləri əməkdaşlığı onlardan gizlədə biləcəklərini düşünərlər. Xüsusən də onlara quran əxlaqı deyildiyi zaman, onlar da nəfslərinə tabe olub dərhal emosionallığın ardına sığınar və bu yolla özlərini təmizə çıxartmağa çalışarlar.

Öz aləmlərində qarşılarındakı insanların göz yaşlarını gördükləri zaman, özlərinə acıma hissi ilə şəfqət duyacaqlarına inanarlar. Bu insanların bütün səmimiyyətləriylə əllərindən gələn hər şeyi etdiklərinə, lakin güclərinin bu qədərinə çatdığına qənaət gətirəcəklərini düşünərlər. Bu inanclarına görə, dilləriylə deyə bilməyib, nəticə ala bilmədikləri xüsuslarda, gözlərindən axan bir neçə damla su məsələni həll etmiş olacaq və qarşı tərəf tam razı salınmış olacaq.

Lakin cahil baxış prizmasıyla hərəkət edən insanlar arasında qəbul edilən bu yanlış üsul, iman edənlər tərəfindən qətiyyən qəbul olunmaz. Belə şeytani üsulla ortaya çıxan insanların günahsızlığına və xoşniyyətinə möminlərin qənaət gətirmələri qeyri-mümkündür. Çünki iman edənlərin meyarları Quran əxlaqıdır. Quranda bir insanın səmimiyyətinə və xoşniyyətinə dəlil ola biləcəyi bildirilən xüsusiyyətlər çox fərqlidir. Səmimi bir insanın üz ifadəsi, baxışları, səs tonu, ağıllı və vicdanlı danışığı, Quran əxlaqına dəqiq tabe olması, bu insanın Allahdan qorxan bir insan olduğunun açıq şəkildə başa düşülməsinə səbəb olar.

Bu əxlaqa sahib bir insanın dürüstlüyünü, xoşniyyətini sübut edə bilmək üçün xüsusi səy göstərməsinə və xüsusi üsullar işlətməsinə ehtiyacı yoxdur. İman edənlər Allahın vermiş olduğu iti ağıl, anlayış və vicdan həssaslığı sayəsində, bu insanı asanlıqla diaqnoz edə bilərlər. Buna görə də, emosionallıqdan və bunun mühüm səmimiyyətsizliyindən biri olan ağlamaqdan, iman edənlərə qarşı istifadə etmək mənasızdır. Tam əksinə, Allah Quranda ağlamağın, qəlbində xəstəlik və zəiflik olan münafiq xarakterli insanların bir xüsusiyyəti olduğuna işarə etmişdir.

Quranda hz. Yusifin qardaşlarının qurduqları məkrli planı, ağlama üsulu ilə ört-basdır etməyə çalışdıqlarından bəhs edilmişdir. Atalarının hz. Yusifə olan sevgisini qısqanan qardaşları bir yerə toplanaraq, öldürmək məqsədiylə onu bir quyunun dibinə buraxmağı qərara almışlar. Bu planı qurduqdan sonra ən günahsız hallarına bürünərək atalarının yanına getmişlər.

“Sən onu sabah bizimlə göndər, doyunca gəzsin, oynasın. Əlbəttə ki, biz onu qoruyub himayə edərik” (Yusif surəsi, 12) deyərək, qardaşının yaxşılığını istədikləri və istənilən halda himayə edəcəkləri məsələsində atalarına zəmanət verməyə çalışmışlar. Hz. Yusifi bir quyunun dibinə buraxdıqdan sonra isə atalarının yanına, əllərində heyvan qanı yaxdıqları hz. Yusifə məxsus bir köynəklə və ağlayaraq gəlmişlər. Bir tərəfdən ağlayıb, digər tərəfdən də tamamilə yalanlardan ibarət olan bir hekayə uyduraraq atalarını günahsız olduqlarına inandırmağa çalışmışlar:

“Axşamüstü atalarının yanına ağlayan vəziyyətdə gəldilər. Dedilər: “ey atamız! Həqiqət budur ki, biz getdik, yarışırdıq. Yusifi də yeməklərimizin (və ya əşyamızın) yanında qoymuşduq. Lakin onu canavar yeyib. Onsuz da, biz doğrunu söyləsək də, sən bizə inanan deyilsən. Eləcə də, üzərinə yalandan qan (yaxılmış) olan köynəyini gətirdilər…” (Yusif surəsi, 16-18)

Hz. Yusifin qardaşları özlərini günahsız göstərəcək ən yaxşı davranışın ağlamaq olduğunu düşünərək birlikdə yalandan ağlamağa başlamışlar. Göründüyü kimi ağlayaraq günahsız görünməyə çalışmaq, insanların mənfəətlərinə nail olmaq, yalanlarını ört-basdır etmək üçün işlətdikləri məlum saxtakarlıq üsuludur. Dövrümüzdən yüzlərlə il əvvəl olduğu kimi bu gün də eyni xəstəlikli məntiqlə, planlı şəkildə işlədilən şeytani bir üsuldur.

İman edənlər arasında belə bir üsulun müvəffəqiyyət qazanması heç vaxt mümkün olmaz. Müsəlmanlar təkcə Allaha tam təvəkkül edən, hər hadisənin Allahın təyin etdiyi tale əsasında baş verdiyini bilən, Allaha itaətkar olan insanlara qarşı həqiqi mənada mərhəmət bəsləyərlər. Allah qorxusuna görə gücləri çatdığı qədər gözəl əxlaqlı olmaq üçün səy göstərən insanlara qarşı həqiqi sevgi bəsləyər və bu insanların sözlərinə güvənərlər.