Ağılsızlığın gətirdiyi itkilər

Ağılsızlığın səbəb olduğu ən böyük itkilərdən biri, şübhəsiz insanları Allahın dinindən

Ağılsızlığın səbəb olduğu ən böyük itkilərdən biri, şübhəsiz insanları Allahın dinindən uzaqlaşdırmasıdır. Dindən uzaqlaşan insanlar isə cənnətdən də uzaqlaşar. Ağılsızlıqları bu insanlara doğru olanı səhv, səhv olanı da doğru göstərər; bu səbəblə dünyadakı həyatı həqiqi həyat zənn edər və əsl olan axirət həyatını uzaq görərlər. Burada olduqları müddət boyunca Allahın razılığını və cənnətini qazana bilmək üçün səy göstərməz və cəhənnəm əzabının onlara da toxuna biləcəyini heç hesaba qatmazlar. Axirətdə bu həqiqətlərlə qarşılaşdıqlarında isə “kaş ki, ağıllı davransaydıq” deyərək peşmanlıqlarını dilə gətirər və ağılsızlığın onları necə böyük itkiyə soxduğunu etiraf edərlər.

Ağıllarını istifadə etmədikləri üçün gözəl və hikmətli danışa bilməzlər. Saatlarla danışıb bir işin içindən çıxa bilməz, ardıcıl tədbirlər ala bilməz və ağıllı çözümlər gətirə bilməzlər. İnsanlardakı gözəllikləri və incəlikləri görə bilməz və bunları gözəl bir üslubla dilə gətirə bilməzlər. İncəsənət və estetikadan incə zövq ala bilməz, ağıllı yeniliklər yarada bilməzlər. Yaşadıqları klassik qəliblərdən, vərdişlərdən imtina edə bilməz, özlərini yeniləyib inkişaf etdirə bilməzlər.

Ağılsız adam, heç bir şeyə gücü çatmayan və özünə faydası olmadığı kimi, ətrafına da yük olan bir insandır. Bu səbəblə həmin insan, həyatı boyunca həmişə uduzaraq yaşamaq məcburiyyətində qalar.

Ağılsız insanlar eyni zamanda ağılsız cəmiyyətlər meydana gətirərlər. Ağılsız cəmiyyətlərdə isə din əxlaqından uzaq olmanın gətirdiyi zülm, ədalətsizlik, kin, şiddət, qısaca hər cür mənfi halın bir yerdə olduğu mühit meydana gəlir. İnsanlar ağılsızlıqları səbəbiylə Allahın qüdrətini təqdir edə bilməz və buna görə də, Allahdan qorxmazlar. Allahdan qorxmayan insanların meydana gətirdiyi cəmiyyətlərdə də hər cür günah işlənə bilər. İnsanlar rahatlıqla başqalarını öldürə bilər, haqlarına təcavüz edə bilər, oğurluq, fırıldaqçılıq kimi cinayətlərə yönələ bilərlər. İçlərində mərhəmət və şəfqət hissləri korlandığı üçün hər cür cinayəti edə bilərlər.