Dünyada ikən ağlını gərəyi kimi istifadə etmədikləri üçün axirətdə peşmanlıq duyaraq şikayət edən ağılsız insanlardan Quranda bəhs etmişdir.
Məhz insanın hələ dünyada ikən bu vəziyyətlə qarşılaşa biləcəyini düşünməsi, həmin anda dərin peşmanlıq duymasına səbəb olar. Atəşin içində peşmanlıqla bu və bənzəri sözləri söyləməmək üçün, həmin andan etibarən vicdanlı davranmağa qərar verər. Çünki vicdanla düşündüyü zaman, hər insan təxirə saldığı, əhəmiyyət verməyərək üzərindən keçdiyi, ya da doğru olduğunu bildiyi halda bilə-bilə etmədiyi kiçik-böyük bir çox hadisə ilə qarşılaşar. Və bütün bunları indi düzəldə bilmək hər insan üçün mümkündür.
Unudulmamalıdır ki, vicdanına baxaraq doğrunu görən bir insan, dərhal mövcud vəziyyəti düzəldə bilər. Lakin ağlını istifadə etməməkdə inad edən hər insan axirətdə bu həqiqətlə qəti olaraq qarşılaşacaq və düzəldilməsi əsla mümkün olmayan peşmanlığa süründürüləcək. Bir ayədə atəşin içində duyduqları bu dərin peşmanlığı belə dilə gətirdiklərindən bəhs edilmişdir:
Sonra kimsə deməsin ki: “Allaha qarşı etdiyim etinasızlıqlara görə vay mənim halıma! Həqiqətən, mən dinə və dində olanlara rişxənd edənlərdən idim!” (Zumər surəsi, 56)

