Xəbərlərdə tədbirsizlik nəticəsində meydana gələn bir çox hadisədən bəhs edildiyinə şahid olarıq. Və bu hadisələrin ardı arası heç cür kəsilməz. Bu hadisələri oxuduğu halda çox insan bənzəri səhvləri özü də edər. Gecə yatarkən sobadan zəhərlənənlərə, qaz partlamasında yaralananlara, balkondan düşən uşaqlara və bunlara oxşar növdə qəzalara məruz qalan daha bir çox insana rast gəlmək mümkündür. Şübhəsiz bu cür xəbərlər, dindən uzaqlaşan cəmiyyətlərin, gündəlik həyatda yaşadıqları ağılsızlıq nümunələrindən bəziləridir. Bu insanlar, hadisələrin bir neçə mərhələ sonrasında necə baş verə biləcəyi mövzusunda məqsədəuyğun təxminlər edə bilməzlər. Eyni şəkildə keçmişdə yaşadıqları təcrübələrdən də irəlidə istifadə edə biləcəkləri ağıllı nəticələr çıxara bilməzlər. Əllərindəki imkanları ağılla qiymətləndirə bilmədikləri üçün qarşılaşdıqları hadisələrdə ola biləcək təhlükələri önləyə biləcək ağıllı tədbirlər də ala bilməzlər.
Ağılsız insanın tədbirsizliyi

