Ağılsız insanın estetika anlayışı

İnsanlarda ümumiyyətlə standart incəsənət və estetika anlayışı vardır

İnsanlarda ümumiyyətlə standart incəsənət və estetika anlayışı vardır. Kiçik yaşlardan etibarən ətraflarından öyrəndiklərini bütün həyatı boyunca tətbiq edərlər. Yaşadıqları dövrdə modaya olan anlayış nə isə onu tətbiq edərlər. Amma ağıl istifadə edərək bu mövzuda yenilik gətirməyə çalışmazlar. İncəsənət zövqləri tamamilə təqlidə söykənəndir. Ağıldan məhrum bu insanlar, təqlid etdikləri mövzularda texniki mənada bir müvəffəqiyyət əldə etsələr də, təqlidi olmayan, düşünərək tapdıqları bir gözəllik ortaya qoya bilməzlər.

Xüsusilə olduqları mühiti dekorasiya etmə mövzusunda həmişə klassik qəliblər istifadə edərlər. Cəmiyyətlərdə ümumiyyətlə baş verən bu dekorasiya anlayışının bəzi detallarını belə sıralaya bilərik:

Ağılsız insan zamanını yaxşı qiymətləndirə bilmədiyi üçün, evini dekorasiya etməsi aylar sürər. Kiçik bir evin rəngləndilməsi və daha sonra təmizlənməsi belə aylarla nəticələnməz. Bu işləri ən praktik şəkildə və ən qısa zamanda edə biləcək çözümlər ortaya qoya bilməz.

Ağlını istifadə etməyən bir insanın incəsənətə və dekorasiyaya xüsusi marağı yoxdur, illərlə evində heç bir dəyişiklik etmədən yaşaya bilər. İllər sonra dəyişiklik etməyə qərar verdiyində isə ağlına gələn ən böyük dəyişiklik kresloların parçasını yeniləmək olar. Əşyaların yerlərini dəyişdirmək, olduğu məkanı gözəlləşdirmək kimi vərdişi yoxdur.

Əlində çox geniş imkan olsa belə bunu yaxşı istifadə edə bilməz. Ən bahalı, ən keyfiyyətli əşyaları satın ala bilsə belə, bunları incə bir incəsənət zövqüylə yerləşdirməyi bacara bilməz.