Ağıllı insan əl bacarığını ağlı ilə qazanar. Bacarıq tələb edən hər hansı bir vəziyyətlə qarşılaşanda mövcud imkanları ağlı ilə ən yaxşı şəkildə qiymətləndirərək, hansı işin necə edilsə ən yaxşı nəticəni verəcəyini əvvəl zehnində hazırlayar və tətbiq etdiyində də ən mükəmməl nəticəni əldə edər. Hər işi ola biləcək ən praktik şəkildə həll edər. Ani bir problemlə qarşılaşdığında əlində yetərli material olmasa belə mövcud imkanları qiymətləndirərək bu problemi ən gözəl şəkildə aradan qaldıra bilər.
Hər hansı bir axsaqlıqla qarşılaşdığında əvvəlcə bunun öz imkanları ilə həll edilib, həll edilə bilməyəcəyinə baxar. Əgər özü edə biləcəksə problemi aradan qaldırmağa çalışar. Amma əgər problem texniki bir problemdən qaynaqlanır və bu insanın imkanlarını aşırsa bu vəziyyətdə vaxt itirməz və mövzuya, daha çox hakim olan və məlumatlı birini çağıraraq həll edər.
Qarşılaşdığı problemlərə keçici və sadə deyil, qalıcı və qəti həllər gətirər. Əks halda ortaya çıxa biləcək olan ziyanın, veriləcək olan əməkdən daha çox ola biləcəyini bilər.

