Ağıllı insanın düşüncə tərzi

Düşüncələrinə heç bir sərhəd qoymadığı üçün hər zaman sadə ancaq bununla yanaşı son dərəcə

Düşüncələrinə heç bir sərhəd qoymadığı üçün hər zaman sadə ancaq bununla yanaşı son dərəcə təsirli fikirlər tapar.

Ağlını gərəksiz mövzularla heç bir şəkildə məşğul etməz. Özünə heç bir fayda verməyəcək, zaman itirəcək və əhəmiyyətli mövzulara vaxt ayırmasını maneə törədəcək şeyləri düşünərək başını qatmaz.

Olduğu mühitin və birlikdə olduğu insanların ehtiyaclarını düşünməyə prioritet tanıyar. Bu insanların təhlükəsizliyi, sağlamlığı və hüzuru üçün hər cür ehtiyacı aradan qaldırmaq üçün nə edə biləcəyini düşünər və əgər bu mövzuda bir problem varsa təxirə salmadan bunlarla maraqlanar.

Həmişə dinə və möminlərə fayda gətirəcək şeylər düşünər. Davamlı olaraq daha çox yaxşı işlər görmək istəyər.

Ağıllı insan həmçinin planlı düşünər. Düşüncələrini hədəflədiyi mövzuya istiqamətləndirər. Gərəksiz detallara ilişməz.

Hadisələri çox mərhələli düşünər. Bir hadisənin bir neçə mərhələ sonrasında hansı şəklə girə biləcəyini, potensial olaraq hansı təhlükələr ehtiva edə biləcəyini, ya da necə yeniliklər göstərə biləcəyini təxmin edərək bu istiqamətdə tədbirlərini alar.

Keçmişdə baş verən hadisələr üzərində də düşünər. Bütün bu təcrübələrdən ən məntiqli və hikmətli nəticələri çıxarar və gələcəkdə istifadə edə biləcəyi qiymətli təcrübə əldə etmiş olar.

Ağlına mənfi, ya da səhv düşüncə gəldiyində bunun şeytandan gələn bir vəsvəsə olduğunu bilərək Allaha sığınar.

Bununla yanaşı Allahın yaratdığı hər hadisədə mütləq bir hikmət və gözəllik olduğunu bilərək “mütləq bir xeyir vardır” deyərək düşünər.