Ağıllı insanın danışığı və söhbətləri

Ağıllı insan mümkün ola biləcək ən məqsədəuyğun, ən hikmətli, ən əsaslı və ən faydalı

Ağıllı insan mümkün ola biləcək ən məqsədəuyğun, ən hikmətli, ən əsaslı və ən faydalı söhbətlər edər. Üfüqü geniş olduğu üçün verdiyi nümunələr təsir edici və bənzərsizdir. Çox danışmaq yerinə faydalı danışmaqdan xoşlanar. Lazım olduğunda və yeri gəldiyində danışar. Nə vaxt danışıb, nə vaxt susacağını da ağlı ilə nizamlayar. Məsələn çox tələsən birini əhəmiyyətsiz bir mövzu ilə məşğul etməz.

Bütün bunlarla yanaşı boş mövzularda, boş söhbətlər edərək də vaxt itirməz. Əhəmiyyətli bir mövzunu da ancaq əhəmiyyəti dərəcəsində danışar.

Ağıllı insan içindən gəldiyi kimi, səmimi danışar. Qəlibvari quruluşu yoxdur. Əsas təsirli olan danışığın, insanın “içindən gəldiyi kimi” olduğunu bilər.

Bununla yanaşı həmişə eyni sözləri, eyni üslubu və eyni cümlələri istifadə edərək monoton bir hava içərisində danışmaz. Söhbətində yaltaqlıq və incidici sözlər istifadə etməz. Heç bir zaman üçün lağlağı danışıqlarla qarşı tərəfi narahat etməz. Söyləmək istədiyi şeyi açıq və dəqiq olaraq söyləyər.