Bəzən insan kiçik mövzuları gərəyindən çox böyüdür. Əhəmiyyətsiz olduğu halda adi bir mövzunu həmin an üçün həyatının ən önəmli mövzusu olaraq görür. Diqqətini bu vəziyyətə cəmlədikcə, o kiçik mövzu gözündə getdikcə daha da böyüməyə və daha çox narahatçılıq verməyə başlayır.
Bu vəziyyətə ciddi əhəmiyyət verilərsə, həqiqətən də bu hal insanın həyatını qismən də olsa, təsir altına ala bilər. Amma başqa bir baxış tərziylə yanaşsaq, bu mövzu əhəmiyyətli məsələlərin yanında toz dənəsi qədər dəyər daşımadığını görərik.
İnsan bunu bəlkə də içində olduğu həmin vəziyyətdə müəyyən edə bilməz. Amma bu həqiqəti anlamağın belə bir yolu var: Belə anlarda keçmişə dönüb düşünsəniz, bundan on il əvvəl sizi məşğul edən bu cür mövzuların heç birini xatırlamadığınızı görərsiniz. Hətta o qədər geriyə getməyə belə gərək yoxdur. Bundan sadəcə bir il, hətta bir neçə ay, bir neçə həftə əvvələ getdiyinizdə belə, gün ərzində sizi narahat edən, kefinizi pozan, sizi səssizləşdirib içinizə qapanmanıza səbəb olan, insanlardan uzaqlaşdıran, həyatınıza dərindən təsir edən və təsir etməyə də davam edəcəyini hesab etdiyiniz mövzuların heç birini xatırlamazsınız. Lakin xatırlasanız da vacib deyil. Çünki o zamanlar həyatınıza kökdən təsir etdiyini hesab etdiyiniz o mövzu, artıq sizi heç hüzursuz etmir. Ən çoxu bir neçə saniyə içində bir xatirə kimi ağlınızdan keçib gedər.
Bəs o on il, bir neçə ay və ya bir neçə həftə əvvəlindən əlinizdə geriyə qalan nə olmuşdur? Elə əslində bu sualın cavabı həyatınıza kökdən və dərindən təsir edəcək olan həqiqətdir. Geriyə sadəcə Allah ilə olan yaxınlığınız, Allaha olan sevginiz, sədaqətiniz, bağlılığınız və Allahı razı etmək üçün göstərdiyiniz ixlas, səmimiyyət, saleh əməlləriniz və əzminiz qalmışdır. Əgər on il əvvəl Allahı düşünərək, Allahın sevgisini ümid edərək gözəl əxlaq göstərmisinizsə, kiçik ya da böyük bir sıxıntı ya da çətinliklə qarşılaşdığınızda Allaha sığınıb gözəl əxlaqda qərarlı davranmısınızsa, o gününüz dünyada və axirətdə inşaAllah sizin üçün böyük bir nemətə çevrilmişdir. Və axirətdə də sizə sevinc və nemət gətirəcəkdir.

