“Ağılı bəyənmək” xəstəliyi

Hər insan uşaqlıq yaşlarından sonra müəyyən bir tərbiyə mərhələsi keçir

Hər insan uşaqlıq yaşlarından sonra müəyyən bir tərbiyə mərhələsi keçir. Şəxsiyyəti, bilikləri, bacarığı, qabiliyyətləri də zaman ərzində formalaşmağa başlayır. Müəyyən yaşdan sonra insan artıq ailəsinin, yaxınlarının köməyi olmadan, yavaş-yavaş öz-özünə kiçik və ya böyük nailiyyətlər əldə etməyə başlayır. Zaman keçdikcə bu kiçik-böyük nailiyyətlər, əldə edilən yaxşı nəticələr bu insanda gözəl bir baza yaradır. Əgər bu insan ağıllı və vicdanlıdırsa, əxlaqını da inkişaf etdirib gözəlləşdirir.

Həmin anda insanın qarşısına yeni bir təhlükə çıxır. Şeytan bu mərhələdə həmin şəxsi ələ keçirmək üçün fəaliyyətə başlayır. Şeytanın insanda meydana gətirmək istədiyi “böyüklük” hissi üçün lazımi şərait və hiyləli şəkildə istifadə edəcəyi bir çox cəhət yaranır. Artıq bu insanı hər etdiyini “öz ağlı, bacarıqları və gücü” ilə etdiyinə inandırıb, bu ruh halını əks etdirən pis əxlaqa yönəltmək qalır. Əgər şeytan bu insanı əldə etdiyi bütün nailiyyətlərin, bacardığı hər şeyin, ağlına gələn hər ağıllı firkin özündən qaynaqlandığına inandıra bilsə, üzərinə götürdüyü vəzifəni yerinə yetirmiş olur.

Vicdanı lazımi qədər açıq olmayan bir insan özü də hiss etmədən şeytanın bu kimi təlqinlərinə təslim olur. İçində gizli şəkildə böyüyən xəstəliyə tutulur. Bu xəstəliyin adı “ağılı bəyənməkdir”.

Əvvəlcə, bu xəstəliyi ancaq şeytan bilir. Ancaq zaman keçdikcə xəstəlik yavaş-yavaş üzə çıxmağa başlayır. Ətrafındakı insanlar bu insanda tutulduğu xəstəliyin əlamətlərini görməyə başlayırlar. Təkcə öz ağlına güvənmək, daima haqlı olduğuna inanmaq, sadəcə öz proqnozlarına əsaslanmaq, hamıya öz dediklərini etdirməyə çalışmaq, son sözü deməyə adət etmək, başqalarının fikrinə tabe olmamaq kimi əlamətlər get-gedə formalaşmağa başlayır. Budur, artıq xəstəlik irəliləmiş, xəstəni tamamilə əhatə etmiş və bədənini ələ keçirmişdir.