Ağıl və zəka arasındakı fərq nədir?

Ağıl, yalnız möminlərin sahib olduğu əhəmiyyətli bir xüsusiyyətdir

Ağıl, yalnız möminlərin sahib olduğu əhəmiyyətli bir xüsusiyyətdir. Ancaq cəmiyyətdə bilinən ağıl anlayışı ilə Quran əxlaqını yaşamağın gətirdiyi ağıl bir-birindən çox fərqlidir. Quranda bəhsi keçən ağıl, zəkadan tamamilə fərqli bir anlayışdır. Zəka bir insanın bioloji olaraq sahib olduğu beyinin gücüdür. Zəka nə artar, nə azalar. Ağıl isə Allahdan qorxub çəkinən təqva sahibi möminlərə Allah Qatından böyük bir nemət olaraq verilər. Və insanın təqvası ölçüsündə sahib olduğu ağıl səviyyəsi də artar.

Ağıl sahibi insanın ən diqqətə çarpan xüsusiyyətləri, Allahdan qorxub çəkinməsi, daima vicdanına uyması, hər hadisəni, gördüyü hər şeyi Qurana görə qiymətləndirilməsi və hər an Allahın razılığını axtarmasıdır. Bir insan dünyanın ən ağıllı, ən savadlı, ən mədəni insanı belə olsa əgər bu xüsusiyyətlərə sahib deyilsə, “ağlı” olmayacaq və bir çox həqiqəti görə bilməyəcək, anlayış qabiliyyətindən məhrum qalacaq. Allah ağılsızlığın necə bir bəla olduğunu belə bildirmişdir:

Şübhəsiz ki, Allah yanında canlıların ən pisi haqqı anlamayan karlar və lallardır. (Ənfal surəsi, 22)

Ağıl sahibi insan eyni zamanda uzaqgörəndir, hər zaman yerində və məqsədəuyğun qərarlar verər, daima hadisələrin əsasını qavraya bilər, görünməyən tərəfini görə bilər.