Ağıl və vicdan

Vicdanına tabe olan hər insan asanlıqla doğrunu və səhvi görər

Vicdanına tabe olan hər insan asanlıqla doğrunu və səhvi görər. Ancaq bəzi insanlar vicdanlarının səsini eşitdikləri və doğrunu söylədiyini bildikləri halda onu boğmağa çalışarlar. Məhz belə bir vəziyyətdə də vicdanını örtən bu kəslər doğrunun və səhvin nə olduğunu ayırd edə bilməyəcək hala gələrlər. Allahın böyüklüyünü və bunun qarşılığında öz acizliklərini düşünməz, Allahın verdiyi xüsusiyyətləri özlərinin əldə etdikləri bir üstünlük sanar və özlərini böyük görməyə başlayarlar.

Məsələn, Allahın onlara verdiyi zəka və bacarıq ilə kosmosun, ya da insan bədəninin bilinməyən sirlərini kəşf edən alimi düşünək. Əgər bu insan ağlını istifadə etmirsə, kainatdakı qüsursuz nizamı, ya da insan bədəninin kim tərəfindən yaradıldığını düşünmürsə, lazım olan vicdana və qavrayışa da sahib ola bilməz. Kəşf etdiyi şeyin mükəmməlliyi qarşısında heyranlıq duyub, onu yaradan Allaha yönələrək Onu tərifləyib ucaldacağı yerdə, tapdığı şeydən ötrü qürurlanar və özünün təriflənməsini istəyər. Allah Quranda belə insanların öz nəfslərini ilah etdiklərindən və bu səbəblə də qəlblərinin möhürləndiyini bildirir.

Əgər bu adam şahid olduğu bu dizaynların təsadüfən meydana gəldiyini söyləsə böyük bir yanılmaya düşmüş olar. Və belə bir insanın ağıllı olduğunu söyləmək mümkün deyil. Çünki ağıl, insanın gördüyü canlılardakı və sistemlərdəki mükəmməlliyi Allahın yaratdığını qavraya bilməsidir.

Ancaq bu da əhəmiyyətlidir; bu kəslər, içərisində olduqları vəziyyətin fərqində deyildirlər. Zəkanın onları insanlar arasında ən üstün mövqeyə gətirdiyini zənn edər və qürurlanarlar. Ağıllı insan isə bu kəslərin, ağıldan tamamilə məhrum olduqlarını çox açıq şəkildə görə bilər. Və bu insanların, öz zənn etdiklərinin əksinə, əslində nə qədər aciz bir vəziyyətdə olduqlarını anlaya bilər. Necə ki, Allah Quranda “ağılla düşünə bilməyən” insanların bu aciz vəziyyətini belə bir örnəklə açıqlamışdır:

“Kafirlərin məsəli çığırtı və bağırtıdan başqa bir şey anlamayanları (heyvanları) haylayanın (çobanın) məsəlinə bənzəyir. Onlar kar, lal və kordurlar, haqqı anlamazlar.” (Bəqərə surəsi, 171)