Ağıl və fərasət

Ağıl, iman gətirənlərlə inkarçıları bir-birlərindən ayıran ən mühüm xüsusiyyətlərdəndir

Ağıl, iman gətirənlərlə inkarçıları bir-birlərindən ayıran ən mühüm xüsusiyyətlərdəndir. Allahın iman gətirən qullarına aid xüsusiyyət olaraq yaratdığı ağıl insanın imanı, Allah qorxusu və təslimiyyəti ölçüsündə inkişaf edir. Allah qorxusu və səmimi iman həyatın hər anında Allahın razılığına uyğun hərəkət etməyi təmin edən bir anlayış qazandırır. Belə ki, insan vicdanını istifadə edərək Quran əxlaqına ən uyğun olan rəftarı seçir və bunun nəticəsində bütün həyatına hakim olan rəftar mükəmməlliyi əldə edir. Uca Allahın yalnız mömin qullarına verdiyi bu üstün xüsusiyyətə Quranın bir çox hekayəsində diqqət çəkilmişdir.

Ağıl zəkadan çox üstün və daha dərin qavrayış şəklidir. Zəka insanın düşünmə, həqiqətləri qəbul etmə, mühakimə etmə və nəticə çıxarma bacarıqlarının hamısıdır. İnsana zəkadan çox üstün bir anlayış qazandıran ağıl isə dərin düşünə bilmə, doğrunu tapa bilmə və hər mövzunu həll edə bilmə qabiliyyətidir. İnsana bu qabiliyyəti qazandıran yeganə xüsusiyyət isə imandır. Allah, “Ey iman gətirənlər, Allahdan qorxub-çəkinsəniz, sizə doğrunu səhvdən ayıran bir nur və anlayış (furqan) verər, pisliklərinizi örtər və sizi bağışlayar. Allah böyük fəzl sahibidir.” (Ənfal surəsi, 29) ayəsi ilə iman gətirib Ondan qorxub çəkinmələrinə qarşılıq, qullarına Qatından xüsusi anlayış verdiyini bildirmişdir. Quranda bildirilən peyğəmbər hekayələrində olan ağıllı davranışlar bu həqiqətin ən açıq dəlilləri və möminlər üçün hikmətli nümunədir. Uca Allah ağıl sahibi olan qullarına Quranda izah edilən hekayələr üzərində düşünüb ibrət almalarını bildirmişdir. Yusif surəsində belə buyrulmuşdur:

Onların rəvayətlərində ağıl sahibləri üçün bir ibrət vardır. Bu Quran uydurulmuş bir kəlam deyildir. Ancaq özündən əvvəlkiləri təsdiqləyən və hər şeyi müfəssəl izah edəndir; iman gətirən bir camaat üçün hidayət və mərhəmətdir (Yusif surəsi, 111)

Quranda bildirilən bu xatırlatma ilə növbəti sətirlərdə Peyğəmbərlərimizin hekayələrində izah edilən ağıllı davranışlardan və Allahın qullarına verdiyi ağıl nemətindən bəzi nümunələr verəcəyik.

  • Hz. Məhəmməd hekayəsi: Erkən hərəkət etməyin əhəmiyyəti

Allah Quranda, “Sən müharibədən ötrü möminlərə (əlverişli) mövqelər hazırlamaq üçün sübh vaxtı öz ailəndən erkəndən ayrılıb (Mədinədən Ühüdə) getdiyin vaxtı (yadına sal)! Şübhəsiz ki, Allah (hər şeyi) eşidəndir, biləndir!” (Al İmran surəsi, 121) ayəsi ilə hz. Məhəmməd üzərində təzahür edən ağıllı rəftarı bildirmişdir. Hz. Məhəmməd o dövrün mübarizə mühiti içində möminlərin təhlükəsizliyini və müvəffəqiyyətini təmin edə bilmək məqsədi ilə evindən erkəndən ayrılmışdır. Şübhəsiz, Peyğəmbərimizin etdiyi bu hərəkət, bütün inananlar üçün ağılın ön plana çıxdığı əhəmiyyətli bir nümunədir.

  • Tez hərəkət etmək nə üçün əhəmiyyətlidir?

Bu hekayədən də aydın olduğu kimi vacib hadisə olanda tez və ağıllı hərəkət etmək lazımdır. Çünki tez davranan bir insan lazım olan bütün fəaliyyətləri zamanından əvvəl təşkil edərək, əvvəldən fərq edilməmiş ehtiyacları və detalları təsbit edə bilir.

Geniş müddət olduğunu bilmək insanların sakit və ağıllı düşünə bilmələri üçün əlverişli zəmin hazırlayır. Həmçinin, toplu halında hərəkət edilməsi lazım olan bir hadisədə insanlar arasında müşavirə edilməsi və fikir birliyinə nail olunması üçün də zaman qazanılır.

Bununla yanaşı, tez davranmaq son anda ortaya çıxa biləcək bir tərsliyə və ya gözlənilməz hadisəyə qarşı üstünlük qazandırır. Tez hərəkət ediləndə ortaya çıxan problemi düzəltmək imkanı olur.

Peyğəmbərimiz hz. Məhəmməd də Allahın ona verdiyi üstün ağılı istifadə edib, ehtiyatlı davranmış və tez hərəkət etmişdir. Mübarizənin reallaşacağı mühitə erkəndən gedərək burada möminlər arasında vəzifə bölgüsü aparmış və onları Allahın izni ilə ən əlverişli yerlərə yerləşdirmişdir.

  • Hz. İbrahim hekayəsi: Təbliğ edərkən bir neçə mərhələ sonrasını düşünmək

Quranda hz. İbrahimin göstərdiyi bir çox ağıl nümunəsinə yer verilmişdir. Bunlardan biri bütə tapınan qövmü xəbərdar etmək və onlara doğru yolu göstərmək üçün tətbiq etdiyi plana əsasəndir.

  • Hz. İbrahimin qövmünə xəstə olduğunu söyləməsi

Hz. İbrahim, qövmünün ilah etdiyi bütlərin heç bir şeyə güc çatdıra bilməyəcək daş yığınları olduğunu sübut etmək üçün plan qurmuşdur. Bunun üçün qövmünə xəstə olduğunu söyləmişdir. Hz. İbrahimin bu üsulu Quran ayələrində belə xəbər verilmişdir:

“Mən xəstəyəm!” – dedi. Onlar ondan üz çevirib çıxıb getdilər. O, xəlvətcə onların məbudlarının yanına gəlib istehza ilə dedi: “Siz bu təamları yemirsiniz? Sizə nə olub ki, danışmırsınız?” Sonra onlara yaxınlaşıb sağ əli ilə bir zərbə endirdi. (Saffat surəsi, 89-93)

  • Yalnız böyük bütə toxunmaması

İnsanlar məbəddən uzaqlaşdıqdan sonra hz. İbrahim böyük büt istisna olmaqla bütün bütləri qırmışdır. Bu davranışı Quranda belə xəbər verilmişdir:

Nəhayət İbrahim bütləri sındırıb qırıq-qırıq edərək yalnız onların ən irisini saxladı ki, bəlkə, ona müraciət edələr. (Ənbiya surəsi, 58)

Şübhəsiz, hz. İbrahimin bütün bütləri qırıb yalnız böyük olan bütü saxlamasının bir hikməti vardı. Tapındıqları bütlərin yerlə bir olduğunu görən qövmün bunu edənin kim olduğunu sorğulamağa başladıqları ayələrdə belə bildirilmişdir:

Onlar dedilər: “Məbudlarımızı kim bu kökə salıb? Şübhəsiz ki, o, zalımlardandır!” Bəziləri: “İbrahim deyilən bir gəncin onları pislədiyini eşitmişik” – dedilər. Digərləri də: “Onu camaatın gözü qabağına gətirin ki, şahidlik etsinlər” – dedilər (Ənbiya surəsi, 59-61)

  • Hz. İbrahimin qövmünə bütləri böyük bütün qırdığını söyləməsi

Qövmü hz. İbrahimdən bütlərin vəziyyətini soruşduqda, O, böyük bütü işarə edərək bu vəziyyəti böyük bütdən soruşmalarını söyləmişdir. Daşın danışa bilməyəcəyini və olub bitən hadisələri açıqlaya bilməyəcəyini düşünüb anlayan qövmün bu daşların heç bir gücə sahib ola bilməyəcəyini etiraf etmək məcburiyyətində qaldığı Quranda belə xəbər verilmişdir:

Onlar dedilər: “Məbudlarımızı sənmi bu kökə saldın, ey İbrahim?” İbrahim dedi: “Xeyr, bunu onların bu böyüyü etmiş olar. Əgər danışa bilirlərsə, özlərindən soruşun”. Onlar öz-özlərinə müraciətlə: “Həqiqətən də, siz zalımlarsınız” – dedilər. Sonra yenə öz bildikləri batil əqidələrinə qayıdıb dedilər: “Axı sən bilirsən ki, bunlar danışmırlar”. İbrahim dedi: “Elə isə Allahı qoyub sizə heç bir fayda və zərər verə bilməyən bütlərəmi tapınırsınız? (Ənbiya surəsi, 62-66)

Qövmün müşrikləri bir anlıq vicdanlı düşündükdən sonra səhv etdiklərini anlamışlar. Uca Allah səmimi imanlı və könüldən ONA dönüb yönələn bəndə olan hz. İbrahimə üstün ağıl və anlayış vermişdir. Bunun sayəsində Allahın ona nəsib etdiyi ağıl ilə onlara həqiqətləri göstərmiş, səhv yolda olduqlarını özlərinə etiraf etdirmişdir.

  • Hz. Zülqərneyn hekayəsi: Möhkəm tədbirlər almağın əhəmiyyəti

Quranda Allahın ona sağlam iqtidar verdiyi və “özünün şamil etdiyi məlumat”a sahib olduğu bildirilən (Kəhf surəsi, 83-84) hz. Zülqərneynin hekayəsi belə xəbər verilir:

Sonra o, yenə yoluna davam etdi. Nəhayət, iki dağ arasına gəlib çatdıqda onların ön tərəfində az qala söz anlamayan bir tayfaya rast gəldi. Onlar dedilər: “Ey Zülqərneyn! Yəcuc və Məcuc tayfaları yer üzündə fitnə-fəsad törədirlər. Bəlkə biz sənə xərac verək, sən də bizimlə onlar arasında bir sədd düzəldəsən?” O dedi: “Rəbbimin mənə əta etdiyi mülk daha yaxşıdır. Gəlin öz qüvvənizlə mənə kömək edin, mən də sizinlə onlar arasında möhkəm bir sədd çəkim. Mənə dəmir parçaları gətirin!” Nəhayət, dağın iki yamacı arasını dəmir parçaları ilə doldurduqda: “Körükləyin!” – dedi. Dəmir közərən kimi: “Gətirin mənə, onun üstünə ərimiş mis töküm!” – dedi. (Kəhf surəsi, 91-95)

Ayələrdə xəbər verildiyi kimi, yer üzündə fitnə çıxaran bir qövm olan Yəcüc və Məcücdən qorunmaq üçün tələb etdiyi “səddi” tikməyi qəbul edən hz. Zülqərneyn bunu qeyri-adi bir üsulla reallaşdırmışdır. Xalqı qorumaq üçün lazım olan bu səddi Allahın izni ilə elə ağıllı bir üsulla tikmişdir ki, sədd bir daha nə aşıla, nə də deşilə bilmişdir. Bu həqiqət Quranda belə bildirilmişdir:

Mənə dəmir parçaları gətirin!” Nəhayət, dağın iki yamacı arasını dəmir parçaları ilə doldurduqda: “Körükləyin!” – dedi. Dəmir közərən kimi: “Gətirin mənə, onun üstünə ərimiş mis töküm!” – dedi. Yəcuc və Məcuc tayfaları nə səddin üstünə çıxa bildilər, nə də onu dəlib keçə bildilər. (Kəhf surəsi, 96-97)

  • Hz. Zülqərneynin tikdirdiyi səddin möhkəmliyinin sirri nədir?

Hz. Zülqərneynin bu müvəffəqiyyəti, Allahın lütfü ilə üstün bir ağıla sahib olması sayəsində reallaşmışdır. Hz. Zülqərneyn aşılmayacaq bir sədd meydana gətirə bilmək üçün ən möhkəm vəsaitlərdən dəmiri seçmiş, bu vəsaiti də ola biləcək ən təsirli şəkildə istifadə etmişdir. Əvvəl dəmir kütlələrini yerləşdirmiş, sonra bunları atəş halına gələnə qədər qızdırmışdır.

Çox möhkəm bir hala gələn səddi bu cür də qoymamış, üstəlik ciddi bir tədbir də alaraq üzərinə əridilmiş mis tökdürmüşdür. Beləcə, səddi Allahın diləməsi xaricində dəlinməyəcək, aşılmayacaq qədər dayanıqlı hala gətirmişdir.

Səmimi insanlar Allahın onlara lütf etdiyi ağıl vəsiləsi ilə hər zaman Allah rizasının ən çoxunu qazanmaq üçün qərarlar verərlər. Ağıl sahibi bir insanın ən diqqət çəkən xüsusiyyətlərindən biri təhlükə qarşısında keçici, zəif yollara müraciət etməməsi, əksinə, əlindəki imkanlar daxilində ola biləcək ən möhkəm tədbirləri almasıdır. Bu vəsilə ilə adam təhlükəni, bir daha əsla insanları təhdid edə bilməyəcək, tək bir adamın belə zərər görməsinə səbəb verməyəcək şəkildə aradan qaldırır. Hz. Zülqərneynin tikdiyi səddə də bu ağıl əlaməti açıq görünür.

  • Hz. Yaqub hekayəsi: Vacib məlumatı pis niyyətli şəxslərdən gizləmək

Quranda bu mövzudakı ağıllı rəftarına diqqət çəkilən peyğəmbərlərdən biri də hz. Yaqubdur.

  • Hz. Yaqubun, hz. Yusifin qısqanıldığını hiss etməsi

Hz. Yaqub oğullarından bəzilərinin, onun hz. Yusifə duyduğu sevgini qısqandıqlarını Allahın izni ilə hiss etmiş və bu səbəbdən də onların hz. Yusifə pislik edə biləcəklərindən narahat olmuşdur. Allah hz. Yaqubun bu narahatlığında haqlı olduğunu Quran ayələrində xəbər vermişdir. Yusif surəsində hz. Yaqubun oğullarının, qardaşları hz. Yusif üçün belə dedikləri bildirilir:

Bir vaxt onun qardaşları dedilər: “Biz bütöv bir dəstə olmağımıza baxmayaraq, Yusif və onun doğma qardaşı atamıza bizdən daha sevimlidir. Aydın görünür ki, atamız aşkar bir yanlışlıq içindədir. (Yusif surəsi, 8)

  • Hz. Yaqubun hz. Yusifə gördüyü yuxunu qardaşlarından gizlətməsini nəsihət etməsi

Allah Qatından xüsusi elm verilmiş hz. Yaqub (Yusif surəsi, 68) oğlu hz. Yusifin yuxusunu ona anlatmasına baxmayaraq, bu yuxunu qardaşları ilə paylaşmamasını nəsihət etmişdir. Hz. Yaqub yuxusunda ulduzların, Günəşin və Ayın ona səcdə etdiklərini gördüyünü izah edəndə, bu yuxunun hz. Yusifin Allahın seçdiyi xüsusi bir şəxs ola biləcəyinə işarə etdiyini anlamışdır. Çünki hz. Yaqub bu məlumatın oğullarının qısqanclıqlarını daha da artıra biləcəyini və buna görə də onların hz. Yusifə zərər verməyə cəhd edə biləcəklərini düşünmüşdür. (Yusif surəsi, 4-6)

Hz. Yaqub qısqanclığın doğura biləcəyi nəticələri əvvəlcədən görmüş, tədbir almış və pis niyyətli şəxslərdən mühüm məlumatı gizlətmişdir. Möminlər bu hekayədə izah edilən ağıl əlamətlərindən də dərs almalıdırlar. Həmçinin, özləri də bu ağla sahib olmaq və Allaha yaxınlıqlarını artırmaq üçün dua etməli və səmimi səy göstərməlidirlər.

İnsan Allah tərəfindən yaradılmış bir varlıqdır. Müstəqil gücə və ya ağla sahib deyil. Ona sahib olduğu zəkanı verən üstün ağlını təzahür etdirən Allah sonsuz və sərhədsiz bir ağılın sahibidir və dilədiyi an dilədiyi kimsəyə imanı ölçüsündə bu neməti verir.

Allahın üstün ağlının üzərində təzahür etdiyi möminlər bunun sayəsində yaşadıqları dünyanı daha da incə tərəfləri ilə qiymətləndirə bilirlər. Kainatın hansı tərəfinə dönüb baxsalar, qarşılaşdıqları hər detalın Allahın sonsuz ağlının nümunələri ilə dolu olduğunu görürlər. Quranda Allahın bu üstün ağlı və sənəti qarşısında insanın necə aciz qaldığı xəbər verilmişdir:

Yeddi göyü təbəqələr şəklində quran Odur. Sən Mərhəmətli Allahın yaratdığında qətiyyən bir uyuşmazlıq tapmazsan. Bir başını qaldırıb göyə diqqət yetir, heç onda bir çat görürsənmi? Sonra göz gəzdirib təkrar bax. Göz zəlil və yorğun halda özünə tərəf dönəcəkdir. (Mülk surəsi, 3-4)

Bu ayələrdə bildirildiyi kimi, Allahın qüsursuz yaratmasında heç bir nöqsan yoxdur. Allahın sonsuz ağlı insanın məhdud ağlı ilə müqayisə edilməyəcək qədər üstün və bənzərsizdir. Kainatdakı hər sistemdə qarşılaşılan qüsursuz yaradılış bu üstün ağlın göstəricisidir. Allahın insanlara belə qüsursuz sistemlər göstərməsinin səbəbi də insan ağlının həqiqi sahibinin Allah olduğunu bilməsi, Rəbbimizin böyüklüyünü qavraması və ONA təslim olub iman gətirməsidir.

Allah Quran ilə insanlara doğrunu, səhvi, yaxşını, pisi açıqlamışdır. Insanın ağlını necə istifadə edə biləcəyini, bu anlayışlar arasındakı fərqi necə görə biləcəyini və necə düşünməsi lazım olduğunu ayələrlə bildirmişdir. Quranı rəhbər edən insan həqiqi ağıla və dürüst vicdana sahib olar.

Allahın “ağıl” kimi üstün nemət verdiyi şəxslər yaşadıqları dünyanı daha da incə tərəfləri ilə qiymətləndirə bilərlər. Kainatın hansı tərəfinə dönüb baxsalar, qarşılaşdıqları hər detalın Allahın sonsuz ağlının nümunələri ilə dolu olduğunu görərlər.

Zəka və ağıl çox vaxt eyni mənada istifadə edilsə də, tamamilə iki fərqli anlayışdır. Zəka səbəb ilə nəticə arasındakı bağlılıqları tapmaq, bənzərlik və fərqlilikləri anlamaqdır. Ağıllı insan, zəkanın təmin etdiyi bütün üstünlükləri istifadə etməsindən əlavə, zəkalı insanın sahib olmadığı qavrayış və qabiliyyətə də malikdir.

Ağıl, insana zəkanın çox üstündə bir anlayış qazandıran, dərin düşünə bilmə, doğrunu tapa bilmə və hər mövzuda həll gətirə bilmə qabiliyyətidir. Bundan əlavə ağıl, həyatın hər sahəsinə hakim olan və bir çox mövzuda müvəffəqiyyət təmin edən qabiliyyətdir. Doğrunu səhvdən ayıra bilməsini və beləcə həyatın hər mərhələsində ən doğru şəkildə düşünə bilməsini, ən düzgün qiymətləndirmələri edə bilməsini və ən məqsədəuyğun qərarları ala bilməsini təmin etməkdədir.

İnsana bu qabiliyyəti qazandıran yeganə xüsusiyyət isə imandır. Allah, iman edib Ondan qorxub çəkinən insanlara Qatından xüsusi bir anlayış verər. Quranda Allah qorxusunun insana qazandırdığı bu anlayış belə ifadə edilmişdir:

Ey iman gətirənlər! Əgər Allahdan qorxsanız, O sizə yaxşı və pisi bir-birindən ayırd etmə anlayışı verər, günahlarınızın üstünü örtər və sizi bağışlayar. Allah böyük lütf sahibidir. (Ənfal surəsi, 29)