Ağıl nə qazandırır?

Ağıl sahibi insanları Allah Quranda, “O kəslər ki, sözə qulaq asıb onun ən yaxşısına tabe

Ağıl sahibi insanları Allah Quranda, “O kəslər ki, sözə qulaq asıb onun ən yaxşısına tabe olurlar, onlar Allahın doğru yola yönəltdiyi şəxslərdir. Ağıl sahibləri də məhz onlardır.” (Zumər surəsi, 18) şəklində tərifləyir. Bu kəslər Allahın onlara göstərdiyi yola tam olaraq tabe olduqları, Quranın tövsiyələrini diqqətlə yerinə yetirdikləri və vicdanlarına qəti olaraq tabe olduqları üçün, Allah onları ağıl kimi böyük nemətlə mükafatlandırmışdır.

Ağıl, insana bir çox nemətin qapısını aralayan son dərəcə əhəmiyyətli xüsusiyyətdir. Ağıllı insan olduğu hər mühitdə, etdiyi hər hərəkət və söylədiyi hər söz ilə fərqliliyini hiss etdirər və ətrafında böyük hörmət və heyranlıq oyandırar. Ağıl elə qiymətli bir xüsusiyyətdir ki, insana həyatının sonuna qədər davamlı olaraq yeni üstünlüklər qazandırar.