Ağıl doğru düşündürür

Düşünmək, insanın ən əhəmiyyətli xüsusiyyətlərindən biridir

Düşünmək, insanın ən əhəmiyyətli xüsusiyyətlərindən biridir. Ancaq bir çox insan bu xüsusiyyətini həqiqətən hikmətli və fayda verəcək mövzu yerinə, özünə və ətrafına heç bir fayda etməyəcək mövzular üçün istifadə edər. Bəzən saatlarla hətta günlərlə düşünər, amma sərf etdiyi uzun vaxtın ardından ortaya heç bir nəticə çıxara bilməz. Halbuki bir insanın faydalı düşündüyünü iddia edə bilməsi üçün gördüyü, eşitdiyi, qəbul etdiyi, ya da ağlından keçirdiyi məlumatları faydalı işlə nəticələndirməlidir.

Məhz ağıl sahibi insanların fərqi bu nöqtədə özünü göstərər. Ağıllı insan yalnız düşünmüş olmaq üçün deyil, nəticə əldə edə bilmək, fayda təmin edə bilmək, doğrunu tapa bilmək və gözəl bir şeylər çıxara bilmək üçün düşünər. Düşünəcəyi mövzuları isə yenə ağlıyla təyin edər; heç bir zaman vaxt itirəcək, nəticəyə çatdırmayacaq mövzulara qərq etməz, ağlını boş şeylərlə məşğul etməz. Məsələn, boş vəsvəsələrə, şeytanın vəsvəsələri ilə məşğul olmaz, gələcəyə istiqamətli narahat edici düşüncələrlə vaxtını sərf etməz…

Bu mövzuda Quranı rəhbər edər və Allahın insanları üzərində düşünməyə təşviq etdiyi mövzuları özünə əsas götürər. Ağıl sahibi bir insan həyatının hər anında Allahın zamandan və məkandan münəzzəh olduğunu, varlığının hər şeyi əhatə etdiyini, bütün varlıqlar Ona möhtac ikən Onun heç bir şeyə ehtiyacı olmadığını, kainatın hakimi və sahibi olduğunu, hər an, hər saniyə bütün insanları müşahidə etməkdə olduğunu, onların ağıllarından keçirdikləri, ya da söylədikləri hər sözü bildiyini, etdikləri hər rəftarı gördüyünü və əzəldən əbədiyyətə qədər hər şeyin məlumatını Qatında saxladığını ağlından çıxarmaz.

Ağıllı insanın ən çox düşündüyü mövzulardan biri də Allahın sevgisini və razılığını necə qazana biləcəyidir. Çünki bu insan, dünyadakı hər kəsdən və hər şeydən çox özünü yaradan Allaha qarşı məsul olduğunu bilər. Yaşadığı hər an, qarşılaşdığı hər hadisədə özünü Allaha yaxınlaşdıracaq ən gözəl rəftarın hansı olduğunu düşünər. Ağlını davamlı xeyirli və gözəl işlər etmək mövzusunda işlədər, ətrafındakı insanlara qarşı həmişə ən gözəl rəftarı göstərməyə, ən gözəl sözü söyləməyə və Allahın istədiyi ən gözəl əxlaqı yaşamağa çalışar. Quranda bildirilən əmr və qadağaları diqqətlə tətbiq edərək Allahın ən sevdiyi qullarından ola bilmək üçün əlindən gələn bütün səyi göstərər.