Ağıl artar?

Ağıl ilə zəkanın çox əhəmiyyətli bir fərqi daha vardır

Ağıl ilə zəkanın çox əhəmiyyətli bir fərqi daha vardır. Ağıl, sabit deyil, əksinə insanın həyatının sonuna qədər arta bilən və inkişaf edə bilən bir qabiliyyətdir. Ağlın bu xüsusiyyəti isə tamamilə Allah qorxusu və vicdan ilə əlaqəlidir. Allah bir ayəsində “Nə qədər bacarırsınızsa Allahdan qorxun…” (Təğabun surəsi, 16) hökmü ilə inananlara güclərinin çatdığı qədər Ondan qorxub çəkinmələrini əmr etmişdir. İnsan bu səbəblə heç bir zaman Allah qorxusunu yetərli görməməlidir. Davamlı olaraq özünü Allaha daha da yaxınlaşdıracaq yollar axtarar və bu məqsədlə vicdanını sonuna qədər istifadə etməlidir.

Belə bir vəziyyətdə Allah, səmimiyyətləri və Öz razılığını qazanmaq üçün göstərdikləri ciddi səy nisbətində bu insanlara verdiyi anlayışı artıra bilər və sahib olduqları “doğrunu səhvdən ayırma qabiliyyətini” inkişaf etdirə bilər. Bu, Allahın iman edənlərə olan dəstəyi və Quranın əhəmiyyətli sirridir. İnsan əlindəki bu imkanı ən yaxşı şəkildə istifadə edərək, ağlın dünyada və axirətdə təmin etdiyi nemətləri qazanma imkanını əldə etmiş olar.