Allahın dininə tabe olmayanlar, hətta özünü ateist olaraq adlandıranlar belə, əslində, dinsiz deyildirlər, batil bir dinin mənsubudurlar. Bu dinlərin bir qismi müasir dövrdə din olaraq tanınmaya bilər. Ancaq Quranda ifadə edildiyi kimi, hamısı bir dindir. Məsələn, marksizm də batil dindir, çünki bu ideologiya bir qisim insanların getdikləri yoldur. Marksistlər Marksın ortaya qoyduğu düşüncə sistemini mənimsəmiş, onun düşüncəsini qəbul etmişlər. Dünyanı onun qoyduğu meyarlara görə qiymətləndirirlər. Necə mövcud olduqlarını və ölümün nə olduğunu da Marksın (və Engelsin) elmdən kənar məntiqlərinə əsaslanaraq açıqlayırlar. Qısacası marksizmə inanır, həyatlarını ona görə yaşayır və hadisələri ona görə qiymətləndirirlər.
Marksizm yalnız bir nümunədir. Ona bənzər yüzlərlə fərqli din (yəni fəlsəfə, düşüncə sistemi və s.) ola bilər. Marksizmə tamamilə zidd olan ideologiyalar da dindir. Təbii ki, bütün bu dinlər batil dinlərdir və əsasən də insanları Allahın yolundan azdırmaq məqsədilə ortaya çıxmışdır.
Burada ən mühüm nöqtə budur: Dünyada ideologiyası, fəlsəfəsi nə olursa olsun, haqq dindən uzaqlaşmış insanların tabe olduqları yeganə batil bir din vardır. Bu din də girişdə qeyd etdiyimiz və ana xətlərini vurğuladığımız “adamlıq dini”dir. Və şeytanın insanları haqq dindən azdırmaq və uzaqlaşdırmaq üçün istifadə etdiyi ən hiyləgər və ən təsirli silahlarından biridir.

