“Adamlıq dini” nədir?

Cahiliyyə hökmü və batil dinlər

Onlar cahiliyyə dövrünün hökmünümü istəyirlər? Qəti inanan bir camaat üçün Allahdan daha yaxşı hökm verən kim ola bilər? (Maidə surəsi, 50)

Dünya üzərində ideologiyası, fəlsəfəsi, dünya görüşü nə olursa olsun, haqq dindən uzaqlaşmış bütün insanların tabe olduqları ortaq bir batil “din” vardır. Haqq dinin yaşanmadığı cəmiyyətlərin hamısında yaşanan, bu batil dindir. Bəhs edilən cəmiyyətlərdəki insanlar dünyaya gəldikləri andan etibarən ətraflarından aldıqları uzun təlqinlərin nəticəsində, bu batil dinin təqdim etdiyi dəyər mühakimələrini, qaydaları, düşüncə şəkillərini mənimsəyirlər. Məhz bu dinin adı “Adamlıq dini” dir.

Adamlıq dinini yaşayan insanların ən əsas xüsusiyyəti Allahın razılığını deyil, içində yaşadıqları cəmiyyətin razılığını hədəf alaraq və həyatlarını bu hədəf istiqamətində yönləndirmələridir.

Adamlıq dinini yaşayan cəmiyyətlərin insanlardan ən əhəmiyyətli istəkləri “adam olmaq” dır. “Adam olmaq” ifadəsiylə nəzərdə tutulan isə, cəmiyyət tərəfindən ümumi qəbul edilmiş bir mədəniyyətə, rəftara və anlayışa sahib olmaq, məqbul olaraq tanıdılan müəyyən qəlibləri üzərində daşımaqdır.