Yoxsa onlar (İslamdan əvvəlki) cahiliyyə dövrünün hökmünümü istəyirlər? Yəqinliklə inanan bir qövm üçün Allahdan daha yaxşı hökm verən kim ola bilər?! (Maidə surəsi, 50)
Dünya üzərində ideologiyası, fəlsəfəsi, dünya görüşü nə olursa olsun, haqq dindən uzaqlaşmış bütün insanların tabe olduqları ortaq bir batil “din” vardır. Haqq dinin yaşanmadığı cəmiyyətlərin hamısında bu batil din yaşanır. Bəhs edilən cəmiyyətlərdəki insanlar dünyaya gəldikləri andan etibarən ətraflarından uzun müddət aldıqları təlqinlər nəticəsində, bu batil dinin təqdim etdiyi dəyər mühakimələrini, qaydaları, düşüncə tərzlərini mənimsəyirlər. Məhz bu dinin adı “Adamlıq dini” dir.
Adamlıq dinini yaşayan insanların ən əsas xüsusiyyəti Allahın razılığını deyil, yaşadıqları cəmiyyətin razılığını hədəfləmələri və həyatlarını buna uyğun qurmalarıdır.
Adamlıq dinini yaşayan cəmiyyətlərin insanlardan ən əhəmiyyətli istəkləri “adam olmaq” dır. “Adam olmaq” ifadəsi ilə nəzərdə tutulan isə, cəmiyyət tərəfindən ümumi qəbul edilmiş bir mədəniyyətə, rəftara və anlayışa sahib olmaq, məqbul olaraq tanıdılan müəyyən qəlibləri üzərində daşımaqdır. (Bu mövzu ilə əlaqədar baxın. , Adamlıq Dini)

