Ad qövmünü həlak edən Wabar meteoriti

Quranda “Əhqaf” surəsinin 21-ci ayəsində Ad qövmündən və onların yaşadıqları Əhqaf bölgəsindən

Quranda “Əhqaf” surəsinin 21-ci ayəsində Ad qövmündən və onların yaşadıqları Əhqaf bölgəsindən bəhs edilir:

“Ad (tayfasının) qardaşını xatırla! Bir zaman o özündən əvvəl də, sonra da qorxudan (peyğəmbərlər) gəlib-getmiş Əhqafdakı tayfasını: “Allahdan başqasına ibadət etməyin. Mən sizə üz verəcək əzəmətli günün əzabından qorxuram!” (deyə) xəbərdar etmişdi.”

Bu bölgə hazırda Səudiyyə Ərəbistanın cənubunda yerləşən, dünyanın ən böyük fasiləsiz qum çölü kimi tanınan Rub-əl-Xali çölüdür. Əhqaf sözünün mənası “qum təpələri” deməkdir.

Quran möcüzələrini araşdırarkən Ad tayfası ilə əlaqədar böyük təəccüb doğuran bənzərliklər meydana çıxdı. Məsələn, bu bölgəyə ən yaxın paralelin nömrəsi və Əhqafdan bəhs edən ayənin nömrəsinin 21 olması böyük möcüzə kimi dəyərləndirildi.

Wabar kraterlərinin əhatə etdiyi ərazilər 21 və 22-ci paralellər arasında, yəni 21.30-cu paraleldə yerləşir. Eyni zamanda, Əhqaf surəsinin 22-ci ayəsində “Əgər doğru danışanlardansansa, bizə vəd etdiyini gətir!” ifadəsi tədqiqatçıların diqqətinin bu möcüzə üzərində toplanmasına səbəb oldu.

Onlar isə demişdilər: “Sən bizi məbudlarımızdan döndərməyəmi gəldin? Əgər doğru danışanlardansansa, bizə vəd etdiyini gətir! (Əhqaf surəsi, 22)

Rub-Əl-Xali çölündə (Əhqaf bölgəsində) qara şüşə, ağ qaya və dəmir qırıntıları ilə örtülmüş ərazi yerləşir. Atom parçalama analizi ilə həyata keçirilən təcrübələr nəticəsində təxminən 6400 il əvvəl bura meteorit düşdüyü müəyyən edildi. (Bu, British Museum ve Smithson institutuna məxsus nəticələrdir. Mənbə: Scientific American, noyabr 1998) Meteorit Wabar, parçalanmış meteoritin hissələrinin meydana gətirdiyi kraterlər isə Wabar kraterləri adlandırıldı.

Tədqiqat mənbələrində Əhqafa düşən meteoritin dəmir və nikel birləşməsindən təşkil olunduğu və Xirosimaya atılan atom bombası ilə eyni təsir gücünə malik olduğu da qeyd olunur. Ayələrdə Ad qövmünün onlara yaxınlaşan təhlükənin əvvəlcə sadəcə bulud topası olduğunu zənn etdikləri, sonra şiddətli küləyin onları həlak etdiyi bildirilir. Bütün bu əlamətlər isə güclü nüvə partlayışı təsiri bağışlayan meteorit toqquşması əlamətləri ilə üst-üstə düşür.

“Nəhayət o (əzabı) vadilərinə doğru gələn bir bulud şəklində gördükdə: “Bu bizə yağış yağdıracaq buluddur!”– dedilər. (Hud dedi:) “Xeyr! Bu sizin tez gəlməsini istədiyiniz – özü ilə ağrılı-acılı əzab gətirən bir küləkdir! O öz Rəbbinin əmri ilə hər şeyi yerlə yeksan edəcəkdir!” Onlar elə (məhv) oldular ki, evlərindən başqa heç bir şey görünmədi. Biz günahkar adamları belə cəzalandırırıq.” (Əhqaf surəsi, 24-25)

Şüəra surəsinin bəzi ayələrində də Ad qövmünün müəyyən xüsusiyyətlərinə toxunulur. Surədə Ad qövmündən bəhs edərkən onların “yüksək təpələrdə heykəllər inşa edən və ölümsüzlük qazanmaq üçün sənət əsərləri yaradan” bir tayfa olduğu qeyd olunur. Eyni zamanda fitnəkarlıq və zorakılıq kimi azğın xüsusiyyətlərinə də diqqət çəkilir. Hz. Hud qövmünü xəbərdar etdikdə isə onun sözlərini ayədə bildirildiyi kimi “Bu, yalnız və yalnız əvvəlkilərin adətidir”, – deyə qiymətləndirmişdilər. Onlar heç bir fəlakətlə üzləşməyəcəklərindən son dərəcə əmin idilər. Ayələrdə Ad qövmünün vəziyyəti belə bildirilmişdir:

“Ad tayfası da elçiləri yalançı saydı. Qardaşları Hud o vaxt onlara deyəndə ki: “Məgər qorxmursunuz? Həqiqətən, mən sizin üçün etibar etməli olduğunuz bir elçiyəm. Allahdan qorxun və mənə itaət edin! Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir. Əcəba, siz hər təpədə əbəs yerə bir əlamətmi qurursunuz (hündür binalarmı tikirsiniz)? Sanki əbədi qalacaqsınız deyə qalalarmı tikirsiniz? (Bir kəsi) yaxaladığınız zaman qəddar hökmdar kimi yaxalayırsınızmı? Allahdan qorxun və mənə itaət edin! Bildiyiniz nemətləri sizə verəndən qorxun. O sizə heyvanat və oğul-uşaq verdi, (üstəlik) bağlar və çeşmələr də əta etdi. Mən sizə üz verəcək böyük günün əzabından qorxuram”. Onlar dedilər: “Bizə öyüd-nəsihət versən də, verməsən də, bizim üçün birdir. Bu, yalnız və yalnız əvvəlkilərin adətidir. Biz əzaba düçar olan da deyilik”. Onlar onu yalançı saydılar. Biz də onları məhv etdik. Şübhəsiz ki, bunda bir ibrət vardır. Lakin onların əksəriyyəti iman gətirmədi. Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir.” (Şuəra surəsi, 123-140)