İnsanlar bədbəxt hadisə ilə qarşılaşdıqda dərhal üsyan edirlər: “Niyə mənim başıma belə hadisə gəldi?” və s. kimi üsyankar davranışlar göstərirlər. Din əxlaqından uzaq olduqları üçün, xəstəlik və ya qəza zamanı təvəkkül etmək ya da qarşılaşdıqları hadisəyə xeyir gözü ilə baxmaq istəmirlər.
Halbuki insan bir çox acizliklərlə yaradılmışdır. Çox tez xəstələnə bilər, kiçik bir virusun təsiri ilə günlərlə yataqda qala bilər. Xərçəng, sarılıq, tifo kimi xəstəliklərlə müqayisədə, “sadə” kimi xarakterizə edilən qrip virusi belə bir insanın bədən müqavimətinin ciddi mənada gücsüzləşməsinə səbəb ola bilər.
Xəstəliyə səbəb olan virusları da, insanların sağalmasına səbəb olan dərmanları da Allah yaradır
Qədər həqiqətini qavraya bilməyən insanlar, başlarına gələn xəstəliyin səbəbi kimi yalnız virusları və ya mikrobları görürlər. Yol qəzası baş verdikdə də bunun səbəbkarının avtomobili pis sürən sürücü olduğunu zənn edirlər. Halbuki həqiqət belə deyil. Xəstəliyə səbəb olan hər mikroorqanizm və ya insana zərər verən hər vasitə və ya insan Allahın səbəb kimi yaratdığı varlıqlardır. Bu varlıqların heç birinin müstəqil gücü yoxdur və Allahın idarəsi ilə hərəkət edirlər. Əgər bir virusa görə insan ağır xəstəliyə tutulursa, bu, Allahın izni ilə baş verir. Əgər bir avtomobil insana dəyib onu şikəst edirsə, bu da Allahın yaratdığı qədərdə baş verən hadisədir. Xəstəliyi meydana gətirən Allahdır, müalicəni edən həkimi yaradan, ona bildiklərini öyrədən, dərmanı yaradan və şəfaya vəsilə edən də Allahdır.
Bir insan əlindən gələni hər şeyi etsə də, qədərini dəyişə bilməz. Qədərindəki tək bir anı belə dəyişdirməyə gücü çatmaz, çünki qədər bütün olaraq yaradılır. Sonsuz qüdrət sahibi Allaha təslim olan, Onun sonsuz ağlına və rəhmətinə güvənib səbr edən insan üçün xəstəlik də, qəza da, müsibət kimi görünən hadisələr də sonu xeyirlə bitəcək keçici imtahanlardır.
Xəstəliklərin arxasındakı əsas hikmətlərdən biri də odur ki, Allaha iman gətirən, Onun yaratdığı qədərə təslim olan insanların bu cür çətinlik və xəstəlik anlarında göstərdikləri gözəl əxlaqdır.
İman gətirən insan xəstələnəndə də şəfa tapması üçün Allaha dua edər. Feilli dua kimi həkimə gedər. Dərman istifadə etməyə başlayar, ancaq tam əminliklə şəfanın Allahdan gəldiyini unutmaz. Allah Quranda bu həqiqəti Hz. İbrahimin sözləri ilə bildirmişdir:
“O Rəbbki, məni yaratmış və məni doğru yola yönəltmişdir; O Rəbb ki,məni yedirdir və içirdir; O Rəbb ki, xəstələndiyim zaman mənə şəfa verir; O Rəbb ki, məni öldürəcək, sonra dirildəcəkdir.” (Şuəra surəsi, 78-81)
Dərman xətəliyə çarə olasa da, olmasa da iman gətirənlər bunda da xeyir olduğunu bilirlər. Dərmanın təsir etməməsi həmin insanın sağalmamasına səbəb kimi görünə bilər, amma o adamın xəstəlik zaman Allaha olan imanı, təvəkkülü və gözəl əxlaqına görə cənnətə gedə bilər. Yaxud dərman dərhal təsir edib, adamın yaxşılaşmasına səbəb olar, amma bu adam da cəhənnəmə gedə bilər.
Allah dərmanı xəstələrin sağalması üçün üçün bir səbəb kimi yaradır. Bir dərman dəqiqliklə və diqqətlə fərqli xəstələrə eyni üsullarla tətbiq olunsa da, eyni xəstəliyə düşmüş insanlardan birinə təsir edib, digərinə təsir etməyə bilər. Bu, dərmanın yalnız bir səbəb olduğuna dəlildir. Xəstəliyi yaxşılaşdıran dərman olsa idi, üzərində eyni müalicə eyni şəkildə tətbiq olunan xəstələrin hamısı yaxşılaşardılar.

