İnsan nə qədər aciz olsa, imtahanı o qədər mükəmməl olar, o qədər gözəl olar, Allaha o qədər yaxınlaşdırar. Məsələn, Allah istəsəydi bizim, yəni insanların ağzını da, çiçəklərdə olduğu kimi xoş ətirli edə bilərdi. Məsələn, Allah çiçək, ot, gülə çox gözəl qoxu verə bilir.
Allah, gülə verdiyi gücü məsələn, insanın ağzına da verə bilərdi. İnsanın ağzı gül iy verərdi, üzünü yumasına gərək qalmazdı, çiçək kimi tərtəmiz qala bilərdi. Yaxud polad parçası kimi tərtəmiz qala bilərdi. Allah xüsusilə belə etmişdir, diqqət yetirsəniz, insan bədəninin hər yeri acizlikdir, qulağı ayrı acizlik daşıyar, gözü ayrı bir acizlik, hamısı ayrı, hamısı xüsusi edilmişdir. Halbuki, məsələn, ətir mağazasının qarşısından keçirdim, gördüm; nə qədər çox ətirlər, növbənöv vəsaitlər var.
Allah kiçik şüşə qutular içində onları yaratmış və onları paketləmiş, o şəkildə bizim beynimizdə göstərir.
Allah istəsəydi, o tip gözəl qoxuları bizim bədənimizdə də yaradardı. Amma etməyib, tam tərsini edir, halbuki, məsələn, Allah istəsə, kreslo altında çox gözəl qoxu meydana gətirə bilər. Çünki digər bütün bitkilərdə, ən aciz sünbüldə, qərənfildə, bənövşədə, hamısında xoş ətirli qoxu yaradır. Amma Allah xüsusi olaraq etməmişdir ki, cənnətə insanlar həsrət duysun. O zaman cənnətə həsrət duymama riski meydana gələr. O özündəki acizliyi gördükcə davamlı cənnətə olan istəyi artacaq. Çünki məsələn, başımızda mükəmməl musiqi düşüncəmiz var, amma heç cür onu tapa bilmərik. Davamlı CD alırıq, kaset alırıq, amma axtardığımız musiqini indiyə qədər tapa bilmədik. Axtardığımız qoxunu da tapa bilmərik. O mənada heç birini bəyənmərik. Çünki biz cənnətə görə yaradıldığımız üçün şüur altımızda o cənnət və sonsuzluq düşüncəsi çox güclü instinktdir bizdə. Yəni sonsuz həyat instinkti insanda ən güclü instinktdir və tək təmin edilməyən instinktdir. Bu təmin ediləcəyi üçün verilən instinktdir. Məsələn, yemək instinkti verilir, təmin olar, susama instinkti vardır, hamısı təmin olur, amma bir tək sonsuzluq instinkti təmin edilməmişdir ki, əgər elə olmuş olsa, yəni insan heç ölməyəcəyini bilmiş olsa, düşünün yəni nə edərdi, nə olardı, bu qədər qısa bir həyata baxmayaraq belə olmasını düşün.

