Hər yeni gün iman sahibləri və Quran əxlaqını mənimsəyənlər üçün Allahın varlığının dəlilləri ilə, iman həqiqətləri ilə doludur. Məsələn, gözlərini açaraq günə başlamaq Allahın insanlara verdiyi nemətlərdən və haqqında düşünülməsi vacib olan iman həqiqətlərindən biridir. Belə ki, insan bütün gecə boyunca şüursuz şəkildə yatır. Onun yuxuda keçən uzun saatlara dair xatırlaya biləcəyi yeganə şey yalnız 3-5 saniyəlik yuxulardır. İnsan bu müddət ərzində dünya ilə heç bir əlaqəsi olmadan yatır. Onun bədəni ilə ruhu bir-birindən ayrılmışdır və insan yatdığını zənn etdiyi bu müddət boyunca əslində bir növ ölüdür. Allah insanların canlarının alındığını Quranda belə xəbər verir:
Qovulmuş şeytandan Allaha sığınıram
“Allah əcəlləri çatdığı zaman insanların canlarını alar, ölməyənlərin canlarını da yuxuda (müvəqqəti olaraq) alar. Yuxuda ikən ölümünə hökm verdiyinin ruhunu saxlayar (canını alar), digərlərini isə müəyyən bir vaxta qədər (həyata) geri qaytarar. Həqiqətən, düşünən insanlar üçün bunda ibrətlər vardır.” (Zumər surəsi, 42)
