–50° C temperaturda belə yaşaya bilən canlı

Sibir salamandraları (Hynobias Keyserlingii) illərdir donmuş torpaqların dərinliyində olduqdan sonra buzları əriyər və normal həyata qayıdarlar. Bu canlıların –50° C temperaturda belə yaşaya biləcəyi müəyyən edilmişdir. Sibir salamandralarının yeganə problemi qəfildən donmaqdır. Çünki bu canlıların soyuğa öyrəşməsi və donma əleyhinə maddələr istehsal etməsi üçün vaxt lazımdır. “Antifriz agentləri” sümük qanının hüceyrələrindəki suyu əvəz edir və toxumaların kəskin buz kristalları ilə zədələnməsinin qarşısını alır. Bəzi heyvanlar bu əməliyyatları icra edərkən donmamaq üçün qlükozadan istifadə edirlər. Sibir salamandranın bu mexanizmi necə işlədiyi tam olaraq bilinmir. (“New Scientist” jurnalı, cild 139, səh.15)