Diatomlar, mikroskopik bitki mənşəli yosunlardır. Ən böyükləri 1 millimetr diametrində olan bu kiçik canlılardan 1 sm3 dəniz suyunda, təxminən 10 min ədəd mövcuddur. Ancaq bütün diatomlar suda yaşamazlar. Bəziləri torpağın üstündə, yosunlara yapışmaqla ağaclarda və hətta kifayət qədər rütubət olduqda divarlarda belə yaşaya bilərlər. Bu qızıl sarısı, qəhvəyi rəngli yosunlar işıq, su, karbondioksid və lazımi qidaların olduğu hər yerdə yaşayırlar.
Həm quruda yaşayan canlılar, həm də insanlar, həyatlarını bir mənada diatomlara borcludurlar. Etdikləri fotosintez sayəsində, tənəffüs olunan oksigenin böyük hissəsini diatomlar əmələ gətirər. Diatomların üzərində çox sayda məsamə var. Bu məsamələr qidaların içəriyə daxil olmasına və qaz alış-verişinə imkan verir. Diatomlar oksigen istehsal edən mikrofabriklər kimi çalışırlar. Trilyonlarla diatom, bu qaz alış-verişi nəticəsində öz ehtiyaclarından qat-qat artıq oksigen əmələ gətirərək atmosferdəki oksigen miqdarına olduqca böyük töhfə verərlər.
Bundan savayı, dənizlərdəki qida zəncirində də çox mühüm rol oynayarlar. Diatomlar, zooplanktonları əmələ gətirən kiçik canlıların əsas qida mənbəyidir. Zooplanktonlar da, daha böyük növlər üçün qida mənbəyi olan, siyənək kimi balıqlar tərəfindən yeyilir. Məsələn, olduqca böyük canlı olan qozbel balina kimi canlılar diatomlarla qidalanar. Bir balinanın bir neçə saat tox qala bilməsi üçün, ona bir neçə yüz milyard diatom lazımdır.
Diatomların ən diqqətçəkici xüsusiyyətləri isə, özlərinin əmələ gətirdikləri qabıqlarıdır. Diatomlar əla memarlardır. Özləri üçün dənizdə opaldan evlər inşa edərlər. Bu evlər bəzən parıldayan bir qozanı, bəzən bir spiralı, bəzən də işıldayan kristal bir çilçırağı xatırladar. Qəribə olan budur ki, iyirmi beş mindən çox diatom növü olmasına baxmayaraq, heç birinin qabığı başqasınkına bənzəmir. Diatomlar da, eynilə bir qar dənəsinin digərinə bənzəməməsi kimi, fərqli görünüşlərə sahibdirlər.
Diatomlar suda həll olmuş silisiumu, qiymətli bir daş olub, opala bənzəyən silisium-dioksidə çevirməklə qabıq əmələ gətirərlər. Bu çevrilmə nəticəsində əmələ gələn şüşə bənzəri qabıqlar inanılmaz müxtəlifliyə və mükəmməl arxitekturaya sahibdirlər. Diatomların üzərində yerləşib, qidaların içəriyə daxil olmasına və qaz alış-verişinə imkan verən məsamələr, eyni zamanda quruluşu da nazildərlər. İndi çox mükəmməl dizayn etmə qabiliyyətinə malik bir memarı düşünün. Ancaq bu memar nələrdən istifadə edəcəyini tam bilməsin və ya arxitektura dizaynı etməsi üçün lazımi vəsaitləri tapa bilməsin. Təkcə dizayn etmə qabiliyyətinə malik olmağın heç bir əhəmiyyət kəsb etməyəcəyi çox aydındır. Halbuki diatomlar həm dizayn etmə qabiliyyətinə malik, tayı-bərabəri olmayan memarlar kimi hərəkət edər, həm də kiçik bədənlərində bəzi kimyəvi tənzimləmələr apararaq mükəmməl əsərlər meydana gətirərlər. Diatomlar təxminən sancaq başı böyüklüyündə olan, sinir sisteminə və ya beyinə malik olmayan mikroskopik canlılardır. Bu canlıların kimya və ya memarlıq təhsili almış kimi, əmələ gətirdikləri olduqca estetik qabıqların təsadüflər nəticəsində meydana gələ bilməyəcəyi çox aydındır. Üstəlik, bütün diatomlar eyni vəsaitdən istifadə edərək, eyni xüsusiyyətlərdə və eyni mükəmməllikdə, lakin görünüş etibarilə bir-birindən tamamilə fərqlənən qabıqlar əmələ gətirərlər. Diatomlardakı bu əla memarlıq qabiliyyəti və sonsuz müxtəliflik, əlbəttə ki, Allahın bənzərsiz sənətinin təcəllisidir.

