2000 km. üzən yaşıl tısbağalar

Köçəri varlıqların ən maraqlı nümunələrindən biri tısbağalardır. Braziliya sahillərində yaşayan yaşıl dəniz tısbağaları 2000 km. üzərək Atlantik okeanının ortasındakı Ascension adasında yumurtlayarlar. Qumdakı çuxurlara basdırılmış yumurtalardan çıxan yeni doğulmuş tısbağalar dərhal dənizə tərəf yönəlirlər. Açıq dənizdə yetkinləşdikdən sonra yumurtlamaq üçün yenidən Atlantik okeanına tərəf yönələrlər. (“Bilim ve Teknik” jurnalı, sayı 304, səh. 235)