2 dəfə yaradılma və 2 dəfə ölmə

Bütün ruh sahibi insanlar əvvəlcə zərr aləmində yaradılmış, cənnətdə yaşadıqdan sonra isə

Bütün ruh sahibi insanlar əvvəlcə zərr aləmində yaradılmış, cənnətdə yaşadıqdan sonra isə (yuxuya gedərək) dünyaya göndərilmişdir. “Mömin” surəsinin 11-ci ayəsində də “iki dəfə öldürüb, iki dəfə diriltdin” ifadəsi ilə insanların zərr aləmində Allaha söz verdikdən sonra canlarının alındığı bildirilir. Daha sonra isə Allah valideynləri vəsilə edərək insanları dünyada yaratmış, ömürlərini başa vurduqdan sonra canlarını alaraq cənnətdə yenidən yuxudan oyanmışlar.

Allah peyğəmbərləri də kainatdan öncə yaratmışdır. Yəni dünyada gəlmiş-keçmiş bütün qövmlər, eləcə də hz. Adəmdən (ə.s) hz. Məhəmmədə (s) qədər bütün peyğəmbər və elçilər dünyaya göndərilməmişdən əvvəl zərr aləmində eyni anda yaradılmışlar.

O vaxtı yadınıza gətirin ki, Allah peyğəmbərlərdən: “Sizə verdiyim kitab və hikmətdən sonra, sizdə olanı təsdiq edən bir elçi gəldikdə ona mütləq inanıb yardım edəcəksiniz”,– deyə əhd almış və onlara: “Bunu təsdiq edib, ağır olan əhdimi qəbul etdinizmi?– demişdi. Onlar da: “Təsdiq etdik!”– deyə cavab vermişdilər. (Bu zaman) Allah: “Elə isə (bir-birinizə) şahid olun! Mən də sizinlə bərabər şahidlərdənəm”,– deyə buyurmuşdu! (Ali İmran surəsi, 81)

Ayəyə görə, Allah zərr aləmində bütün insanlarla yanaşı, peyğəmbərlərdən də əhd almışdır. Ayədəki “Sizə verdiyim kitab və hikmətdən sonra, sizdə olanı təsdiq edən bir elçi gəldikdə” ifadəsi ilə peyğəmbərlərə endirilən kitabı təsdiq edən bir elçinin göndəriləcəyi bildirilmişdir. Həmin elçinin isə kitabı olmayacaq, lakin digər kitabları təsdiq edəcəkdir.

Qurana tabe olan və onunla hökm edən həmin insan hidayət rəhbəri, yəni hz. Mehdidir. Qrammatik qaydalara əsasən ayədəki “ona” işarə əvəzliyi üçüncü şəxsin təkində olduğuna görə bir insanı ifadə edir. Bu isə kitab verilməyən, lakin özündən əvvəl gələn peyğəmbərlərin kitablarını təsdiq edən və açıqlayan hz. Mehdidir (ə.s). Bütün peyğəmbərlər də hz. Mehdinin (ə.s) dünyaya göndəriləcəyinə və Qurana əsasən yaşayacağına iman gətirmiş, ona yardım edəcəklərinə dair Allaha söz vermişlər. Demək ki, bütün peyğəmbərlər zərr aləmində hz. Mehdini (ə.s) görmüş və ona şahid olmuşlar.